MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə354/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   350   351   352   353   354   355   356   357   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
166 
166 
rində bütün maddi olanın hakimliyi ilə. 
Özünüdərkin ikinci səviyyəsində olan insanlar onunla 
xarakterizə olunurlar ki, soyuqluğun, eqosentrizmin yerinə 
birliyin və cəmiyyətin müəyən hissəsi ilə tamlığın dərk edil-
məsi gəlir. Köhnə, qalıq kimi saxlanan, ətraf mühitin “mənim” 
– “mənim olmayan”a ayrılmasına yeni fərqləndirmə ge-
niĢlənir. ġəxsiyyətin zamanı “mən”im mövcudluğunun real 
zamanından kənara çıxaraq “biz”im mövcud olduğu 
zamanına daxil olur. 
Özünüdərkin üçüncü səviyyəsinin əsas xarakteristikası – 
fərqləndirmənin olmaması, məkan-zaman sonsuzluğu, ətraf-
aləmə qarĢılıqlı münasibətlərin dərk edilməsi, onun birliyinin 
qəbul edilməsi, güclü Ģəxsiyyətin baĢqaları ilə konkret 
münasibətlərinin olmaması, ümumbəĢəri mənəvi prinsiplərə 
əməl etməkdir. 
Demək olar ki, tipologiyanın bütün müəllifləri qeyd 
edirlər ki, xarakter az ya çox ifadə edilə bilər. Əgər 
xarakterlərin təzahürlərinin intensivliyini göstərən ox təsəvvür 
etsək, onda aĢağıdakı 3 zonanı qeyd etmək olar: tamamilə 
“normal” xarakterlər zonası, seçilən xarakterlər zonası
(onlar aksentuasiyalı xarakterlər adını alıb), və güclü 
dəyiĢikliyə məruz qalmıĢ, yəni psixopatiyalı xarakterlər 
zonası. Birinci və ikinci zonalar normaya uyğundur (geniĢ 
mənada), üçüncü zona isə xarakterin patalogiyasına aiddir. 
Müvafiq olaraq, xarakterin aksentuasiyasını normanın son 
variantları kimi nəzərdən keçirirlər. Onlar da öz növbəsində 
aĢkar və gizli aksentuasiyalara bölünürlər. Aksentuasiyalı 
patoloji və normal xarakterlər arasında fərq çox ciddidir.Ġkinci 
və üçüncü zonalara ayıran əlamətlərin bir tərəfində ümumi 
psixologiyaya məxsus fərqlər durur. Əlbəttə, əlamət çox 
yığcam səslənir. Buna baxmayaraq, onu xarakterin intensivliyi 
məhvərində təxmini olaraq lokallaĢdırmağa imkan verən
meyarlar mövcuddur. 
Bu meyarlar üçdür və onlar QannuĢkin-Kerbikovun 
“psixopatiyanın meyarları” kimi məĢhurdur. Xarakteri patoloji 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   350   351   352   353   354   355   356   357   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin