www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 188
188
qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz.
Məsələn, müəllimin pedaqoji qabiliyyətlərin strukturuna
pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirmək üçün
zəruri olan Ģəxsi
pedaqoji qabiliyyətlər (müĢahidəçilik,
uĢaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük, özünə sahib
olmaq); didaktik qabiliyyətlər (izah edə bilmək, natiqlik,
nəzəri); təĢkilati-kommunikativ qabiliyyətlər (təĢkilatçılıq,
avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət, artistlik)
və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uĢaqlara
hüsn rəğbət bəsləmək, müĢahidəçilik, pedaqoji mərifət, izah
edə bilmək, təĢkilatçılıq və s.)
əsas , aparıcı, digərləri isə
(natiqlik, artistlik və s.)
yardımçı qabiliyyətlər kimi pedaqoji
qabiliyyətin strukturuna daxil olur, təlim və tərbiyənin
müvəffəqiyyətlə həyata keçirilməsini təmin edir.
Digər fəaliyyət növlərinin müvəffəqiyyətlə həyata
keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu
cür xüsusiyyəti müĢahidə etmək mümkün olur. Məsələn, ədəbi
qabiliyyətlərin strukturuna estetik hisslərin inkiĢafı, əyani
hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss
etmək, fantaziya zənginliyi, insan psixologiyasını dərindən
bilmək və s. qabiliyyətlər özünəməxsus Ģəkildə birləĢir.
Ümumi və xüsusi qabiliyyətlər . Adətən, hər Ģeydən
əvvəl insan üçün spesifik olan qabiliyyətlərin
ümumi və xüsusi olmaqla iki növünü qeyd edirlər.
Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət
növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan
qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, əqli qabiliyyətlər,
hafizə, müĢahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə
aid etmək olar. Məsələn, müĢahidəçilik qabiliyyətini Ģagird,
müəllim, yazıçı, rəssam, kəĢfiyatçı, alim və baĢqa fəaliyyət
növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət
hesab etmək olar.
Xüsusi qabiliyyətlərə gəldikdə, bu cür qabiliyyətlər
insanın hər hansı bir spesifik fəaliyyət növünü
müvəffəqiyyətlə yerinə yetirməsi üçün zəruri olan