MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə373/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   369   370   371   372   373   374   375   376   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
188 
188 
qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz. 
Məsələn, müəllimin pedaqoji qabiliyyətlərin strukturuna 
pedaqoji fəaliyyəti müvəffəqiyyətlə yerinə yetirmək üçün 
zəruri olan Ģəxsi 
pedaqoji qabiliyyətlər 
(müĢahidəçilik, 
uĢaqlara hüsn-rəğbət bəsləmək, dözümlülük, özünə sahib 
olmaq); didaktik qabiliyyətlər (izah edə bilmək, natiqlik, 
nəzəri); təĢkilati-kommunikativ qabiliyyətlər (təĢkilatçılıq, 
avtoritar, kommunikativ, perseptiv, pedaqoji mərifət, artistlik) 
və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uĢaqlara 
hüsn rəğbət bəsləmək, müĢahidəçilik, pedaqoji mərifət, izah 
edə bilmək, təĢkilatçılıq və s.) 
əsas
, aparıcı, digərləri isə 
(natiqlik, artistlik və s.) 
yardımçı
qabiliyyətlər kimi pedaqoji 
qabiliyyətin strukturuna daxil olur, təlim və tərbiyənin 
müvəffəqiyyətlə həyata keçirilməsini təmin edir. 
Digər fəaliyyət növlərinin müvəffəqiyyətlə həyata 
keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu 
cür xüsusiyyəti müĢahidə etmək mümkün olur. Məsələn, ədəbi 
qabiliyyətlərin strukturuna estetik hisslərin inkiĢafı, əyani 
hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss 
etmək, fantaziya zənginliyi, insan psixologiyasını dərindən 
bilmək və s. qabiliyyətlər özünəməxsus Ģəkildə birləĢir. 
Ümumi və xüsusi
qabiliyyətlər
.
Adətən, hər Ģeydən 
əvvəl insan üçün spesifik olan qabiliyyətlərin 
ümumi və
xüsusi
olmaqla iki növünü qeyd edirlər.
Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət 
növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan 
qabiliyyətləri aid edirlər. Nitq qabiliyyəti, əqli qabiliyyətlər, 
hafizə, müĢahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə 
aid etmək olar. Məsələn, müĢahidəçilik qabiliyyətini Ģagird, 
müəllim, yazıçı, rəssam, kəĢfiyatçı, alim və baĢqa fəaliyyət 
növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət 
hesab etmək olar. 
Xüsusi qabiliyyətlərə gəldikdə, bu cür qabiliyyətlər 
insanın hər hansı bir spesifik fəaliyyət növünü 
müvəffəqiyyətlə yerinə yetirməsi üçün zəruri olan 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   369   370   371   372   373   374   375   376   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin