MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə372/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   368   369   370   371   372   373   374   375   ...   613
 
Psixologiya
187 
187 
187 
187 
187 
187 
187 
187 
187 
Beləliklə birinci uĢağın əqli istedad əmsalı 109,5, 
ikinci uĢağınkı isə 82,5 olur. Bu isə o deməkdir ki, birinci 
uĢaq əqli cəhətdən ikinci uĢağa görə daha istedadlıdır 
(testologiya təcrübəsində ĠQ_130-a bərabərdirsə uĢaq 
istedadlı,180 dan çoxdursa ən istedadlı hesab olunur. Lakin 
psixoloqların apardıqları elmi psixoloji təhlil bu əqli istedad 
əmsalının bir növ fiksiya olduğunu göstərir. Əslində isə 
yuxarıda təsvir olunan priyomların cəmi insanın əqli 
qabiliyyətlərini deyil, onda bu və ya digər məlumat, bacarıq 
və vərdiĢlərin olduğunu göstərir ki, qabiliyyətlər onlarla 
qarıĢdırılmamalıdır. Qabiliyyətlərin mahiyyətini təĢkil edən 
bilik və bacarıqların qazanılması isə burada aydınlaĢdı-
rılmamıĢ qalır. 
Heç də bütün bu deyilənlərdən qabiliyyətlərin 
kəmiyyətcə xarakteristikasının və ölçülməsinin mümkün 
olmadığı və müxtəlif diaqnostik metodlardan, test və 
yoxlamalardan istifadənin əvvəlcədən
 
arzuedilməz olduğu 
haqda nəticə çıxarılmamalıdır. Bir çox sahələrdə, məsələn 
anadangəlmə qüsurları nəticəsində zehni cəhətdən geridə 
qalan uĢaqların müəyyənləĢdirilməsində, yüksək riyazi 
qabiliyyətə malik olan uĢaqların ixtisaslaĢmıĢ məktəbdə 
oxuması üçün seçilməsində, təyyarəçi və kosmanavtların 
seçilməsində 
testləĢdirmə 
aktual 
bir 
məsələ 
kimi 
əhəmiyyətlidir. Bu mənada nə qısa yoxlamalar, nə də onların 
nəticələrinin kəmiyyətcə təhlili heç bir etiraz doğurmur. 
 
V. 17. 3. Qabiliyyətlərin quruluĢu 
 
Əvvəlki bölmədə qeyd olunduğu kimi, qabiliyyət 
insanın hər hansı bir fəaliyyət sahəsi üçün daha çox yararlı 
olduğunu ğöstərən fərdi-psixi xassəsidir. Bu baxımdan 
qabiliyyətlər son nəticədə konkret fəaliyyətin tələbi ilə 
Ģərtlənir. Məhz buna görə də hər bir fəaliyyət növü müvafiq 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin