MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə380/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   376   377   378   379   380   381   382   383   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
195 
195 
195 
195 
195 
195 
195 
195 
195 
AparılmıĢ tədqiqatlar və həyati faktlar bu fikri bir daha 
təsdiq etmiĢdir. Məktəb təcrübəsində bunu aydın görürük. 
Beləki bəzi müəllimlər səmərəli təlim metodlarının tətbiqi 
sayəsində öz siniflərində oxuyan bütün Ģagirdlərin 
qrammatikanı, riyaziyyatı və s. mənimsəmələrinə nail ola 
bilirlər. Adətən, tətbiq olunan metodika uğur qazanmağa 
imkan vermədikdə qabiliyyətin anadangəlmə olmasına xüsusi 
diqqət yetirirlər. Bununla belə, Ģübhəsiz təbii imkanların 
səviyyəsindən asılı olaraq uĢaqların müəyyən fəaliyyət 
növünü mənimsəmələri fərqli xarakter daĢıyacaqdır. Bir cəhəti 
də nəzərə almaq lazımdır ki, hətta yüksək təbii imkana malik 
olan insanlarda da müvafiq qabiliyyətlərin formalaĢması üçün 
onların təlim fəaliyyətinə cəlb olunmaları, bu zaman lazımi 
təlim metodlarından istifadə olunması zəruridir. 
Qabiliyyətlər
 

maraqlar

Qabiliyyətlərin 
formalaĢmasında təlimlə yanaĢı davamlı xüsusi maraqlar da 
mühüm rol oynayır. Xüsusi maraqlar dedikdə, psixologiyada 
insan fəaliyyətinn müəyyən sahəsinin məzmununa aid olan, 
bu fəaliyyət növü ilə əsaslı məĢğül olmaq meylinə çevrilən 
maraqlar nəzərdə tutulur. Bu baxımdan insada yaranan idrak 
maraqları onu müvafiq fəaliyyətin üsullarına yiyələnməyə 
təhrik edir. Nəticədə idrak maraqlarının təsiri altında 
fəaliyyətin mənimsənilməsi baĢ verir, insanın həmin fəaliyyəti 
müvəffiqiyyətlə icra etməsi üçün lazım olan imkanları təzahür 
edir. Deməli, hər hansı bir fəaliyyət sahəsinə idrak 
maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin 
oyanması ilə sıx bağlıdır. 
Bütün yaĢ dövrlərində bu cür xüsusi maraqların 
təzahürünü müĢahidə etmək mümkündür. Lakin təcrübə 
göstərir ki, bu cür maraqlar heç də həmiĢə davamli xarakter 
daĢımır. Belə olduqda həmin maraqlar qabiliyyətlərin 
formalaĢmasına lazımi təsir göstərə bilmir. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin