www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 197
197
197
197
197
197
197
197
197
edən insanda qabiliyyətlərin kompleks Ģəkildə inkiĢafı üçün
Ģərait yaranmıĢ olur.
Təcrübə göstərir ki, əgər uĢağın fəaliyyəti yaradıcı
xarakter daĢıyırsa, o daima uĢağı fikirləĢməyə məcbur edir,
onun üçün cəzbedici olur, öz qabiliyyətini yoxlamaq və
inkiĢaf etdirmək vasitəsinə çevrilir.
Əgər yerinə yetirilən fəaliyyət optimal çətinlik
zonasında, daha doğrusu onun imkanları səviyyəsində olarsa,
bu həmin sahədə uĢağın qabiliyyətinin inkiĢafını da öz
arxasınca aparacaqdır. Bu zonadan kənarda olan fəaliyyət
qabiliyyətin inkiĢafına lazim təsir göstərə bilməyəcəkdir. Əgər
həmin fəaliyyət həddindən artıq sadə olarsa, o sadəcə olaraq
yiyələndiyi qabiliyyəti həyata keçirməyə imkan verəcəkdir.
Əgər yerinə yetirilməli olan fəaliyyət həddindən artıq
mürəkkəb olarsa, onda həmin fəaliyyət optimal çətinlik
zonasını aĢdığına görə yerinə yetirilə bilməyəcək, nəticədə
yeni bacarıq və vərdiĢlərin formalaĢmasına səbəb
olmayacaqdır.
Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 1. Siz qabiliyyət haqqında nə bilirsiniz? Onun tərifini
verin.
2. B.M.Teplov qabiliyyətləri necə xarakterizə etmiĢdir?
3. Qabiliyyətlərin bilik, basarıq və vərdiĢlərlə vəhdəti
nədən ibarətdir
? 4. Ġstedad nəyə deyilir?
5. Ġstedadın uĢaqlıq, yeniyetməlik və gənclik dövrü
üçün xarakterik olan hansı növləri vardır?
6.
Qabiliyyətləri
keyfiyyət
baxımından
necə
xarakterizə etmək olar?
7. Qabiliyyətlərin kompensasiya imkanları haqqında
danıĢın.