www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
196
196
sıx bağlı olmasından ibarətdir. Lakin nəzərə almaq lazımdır
ki, hər bir təbii imkanın qabiliyyətə çevrilməsi böyük inkiĢaf
yolu keçməli olur. Həyati faktlar göstərir ki,
insan
qabiliyyətlərinin bir çoxunda bu inkiĢaf həyatın ilk
günlərindən baĢlayır, müvafiq qabiliyyətlər dayanmadan
inkiĢaf edir. Qabiyyətlərin inkiĢaf
prosesini bir neçə
mərhələyə ayırmaq mümkündür. Bu mərhələlərin bəzilərində
gələcək qabiliyyətin anatomik-fizioliji əsasına hazırlıq baĢ
verir, digər mərhələdə isə təbii imkanların qeyri bioloji planda
formalaĢması, üçüncü mərhələdə isə zəruri qabiliyyət müvafiq
səviyyəyə çatması baĢ verir.
Bütün bu proseslər paralel
Ģəkildə çərəyan edə, bu və digər Ģəkildə
bir birinin üzərinə
düĢə, bir-birini tamamlaya bilər.
AparılmıĢ tədqiqatlar göstərmiĢdirki, elementar Ģəkildə
olsa da, əsasında aydın ifadə olunan anatomik fizioloji
imkanları hiss olunan qabiliyyətlərin ilkin inkiĢaf
mərhələsində belə zəruri üzvü strukturun və ya onların
əsasında zəruri funksional üzvlərin formalaĢması
tələb
olunur. Bu, adətən, anadan olandan 6-7yaĢa qədər olan dövrü
əhatə edir. Bu zaman bütün analizatorların təkmilləĢməsi
beyinin ayrı-ayrı sahələrinin, bünlarla bağlı
olaraq hərərət
orqanlarının, xüsusilə əlin inkiĢafı tələb olunur. Bütün bunlar
uĢaqda ümumi qabiliyyətlərin formalaĢması və inkiĢafı üçün
səmərəli Ģərait yaradır ki, bu da xüsusi qabiliyyətlərin inkiĢafı
üçün zəmin rolunu oynayır.
Xüsusi qabiliyyətlərin fəal Ģəkildə yaranması, özünü
göstərməsi məktəbəqədər dövrdə müĢahidə olunur,
kiçik və
orta məktəb yaĢı dövründə inkiĢaf tempi daha da yüksəlir. Ġlk
dövrlər bu inkiĢafa uĢaqların müxtəlif tipli oyunları, sonra isə
təlim və əmək fəaliyyəti əsaslı təsir göstərir.
Psixoloji tədqiqatlar göstərmiĢdir ki, uĢaqlarda
qabiliyyətlərin inkiĢafında kompleks Ģəkildə aparılan iĢlər,
baĢqa sözlə eyni vaxtda bir-birini tamamlayan bir neçə
qabiliyyətin inkiĢaf etdirilməsi daha səmərəli nəticə verir.
Çoxplanlı və müxtəlif fəaliyyət
növlərindən istifadə