MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə379/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   375   376   377   378   379   380   381   382   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
194 
194 
əlaqələrini öyrənərək belə bir nəticəyə gəlmiĢdir ki, talant ya 
ata, ya da ana xətti ilə nəsildən nəsilə keçir. Lakin Haltonun 
gəldiyi nəticələr elmi mötəbərliyə malik deyildir. O, öz fikrini 
əsaslandırmaq üçün heç bir elmi dəlil gətirə bilməmiĢdir. 
Bununla belə mütəxəssislər belə bir fikrə gəlmiĢlər ki, əksər 
hallarda görkəmli Ģəxsiyyətlərin nəsil ağacının öyrənilməsi 
bioloji irsiyyət deyil, həyat Ģəraitinin, qabiliyyətlərin inkiĢafı 
üçün zəruri olan əlveriĢli ictimai Ģəraitin irsi xarakter 
daĢımasını sübut edir. 
Ümumiyyətlə, aparılmıĢ tədqiqatlar və ciddi statistika 
qabiliyyət və talantların irsiliyi barədə heç bir əsas vermir. Bu 
və ya digər təbii imkanın irsən keçməsi qabiliyyətin və 
talantın irsən keçməsi demək deyildir. Qabiliyyətlərin 
yaranması üçün zəruri olan təbii imkanlar yalnız müvafiq 
Ģəraitdə qabiliyyətin formalaĢmasına gətirib çıxara bilir.
 
V. 17. 5. Qabiliyyətlərin formalaĢması 
 
Qabiliyyətlər 
və 
təlim.
Qabiliyyətlərin 
formalaĢmasında ən önəmli rolu təlim oynayır. Təbii 
imkanlardan danıĢarkən qeyd olunduğu kimi,
qabiliyyətlərin inkiĢafı müxtəlif adamlarda heç də eyni cür 
olmayan təbii ilkin Ģərtlərdən asılı olsa da, qabiliyyətlər daha 
çox bəĢər tarixinin məhsuludur. Ġnsan bəĢəriyyətin əldə etdiyi 
təcrübəni, bilik sərvətlərini mənimsəmədən müvafiq 
qabiliyyətlərə yiyələnməsi mümkün deyildir. Bununüçünsə 
təlim xüsusi yer tutur. Ġnsanlar təlim prosesində tarixən əldə 
edilmiĢ nailiyyətlərə yiyələnməklə, öz qabiliyyətlərini 
formalaĢdırırlar. A.V. Petrovski və M.Q.YaraĢevskinin qeyd
etdikləri kimi «qabiliyyətlərin təzahürü insanların tarixən 
ictimai tələbatlara cavab vermək məqsədilə əldə etdikləri 
müvafiq bilik, bacarıq və vərdiĢlərin formalaĢmasının konkret 
iĢ pryomlarından (metodikadan) bilavasitə asılıdır». 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   375   376   377   378   379   380   381   382   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin