www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 189
189
189
189
189
189
189
189
189
qabiliyyətlərdir. Bu cür qabiliyyətlərə musiqi, riyazi,
linqvistik, texniki, ədəbi, idman və s. qabiliyyətləri aid etmək
olar. Adətən, xüsusi qabiliyyətlər insanda müvafiq təbii
imkanların olması zəruridir. Adətən, ədəbi yaradıcılıq
fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və ifadəli nitq, söz
assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, surət hafizəsi,
yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi qeyd etmək
olar.
Həyati faktlardan məlum olduğu kimi, hər hansı bir
fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün insanda
qabiliyyətlərin həm ümumi, həm də xüsusi növlərinin
formalaĢması zəruridir. Əksər tədqiqatçıların fikrincə ümumi
və xüsusi qabiliyyətlər bir-biri ilə ziddiyyət təĢkil etmirlər.
Onlar birgə mövcud olmaqla bir-birini tamamlayır, fəaliyyətin
müvəffəqiyyətini təmin edirlər. Bəzi mütəxəsislərin fikrincə
ümumi qabiliyyətlər xüsusi qabiliyyətlərin inkiĢafı üçün baza
rolunu oynayırlar. Xüsusi qabiliyyətlər, alimlərin fikirincə,
«ancaq və ancaq bir yolla - ümumi qabiliyyətlərin fəaliyyət
prosesində xüsusi qabiliyyətlərə modifikasiya yolu ilə» əmələ
gəlir
1
. Bu cür modifikasiyanın gediĢini prof. Ə.Ə. Əlizadə
belə Ģərh edir:
«QavrayıĢ ədəbi yaradıcılıqda
poetik görmə , texniki-
konstruktiv yaradıcılıqda
məkan qavrayışı kimi formalaĢmağa
baĢlayır. Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya
prosesi belə gedir: surət, hiss və hərəkət hafizəsi (ədəbi
yaradıcılıq),
məkan
təsəvvürləri
(texniki-konstruktiv
yaradıcılıq). Təxəyyül ədəbi yaradıcılıqda bədii (təsviri)
təxəyyül, texniki-konstruktiv yaradıcılıqda fəza təxəyyülü
kimi inkiĢaf edir. Təfəkkür ədəbi yaradıcılıqda obrazlı
təfəkkürə, texniki-konstruktiv yaradıcılıqda texniki təfəkkürə
çevrilir…
1
Ялизадя Я.Я. Истедадлы ушаглар. Психпедагожи мясяляляр. Есселяр,
етьдляр. – Бакы, 2005, с.83