www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 300
300
və uĢaq Ģəxsiyyətinin sonrakı inkiĢafı bu zəmindən çox asılı olur. Ona
görə də ailədə uĢaqların tərbiyəsinə çox erkən, kiçik yaĢlardan
baĢlamaq lazımdır. Bu vəzifə isə birinci növbədə ailənin üzərinə düĢür.
Ġnsan anadan olduğu gündən ömrünün axırına kimi bir çox
tərbiyəvi təsirlərin əhatəsində yaĢayır. Ona görə də valideynlər uĢağı
ilk gündən elə tərbiyə etməlidirlər ki, onun hansı yaĢındasa yenidən
tərbiyəsinə ehtiyac qalmasın. O, cəmiyyət üçün faydalı adam kimi
böyüsün, ailə, kollektiv, ümumiyyətlə xalq üçün ağır yükə çevrilməsin.
Adətən, Ģəxsiyyətində mənfi keyfiyyətlər formalaĢan adamdakı həmin
keyfiyyətləri aradan qaldırmaq, onu yenidən tərbiyə etmək ağır və
gərgin zəhmət tələb edir. Bu cəhəti nəzərə almaq uĢaqların ailədə
tərbiyəsi zamanı birinci növbədə onların davranıĢ və rəftarlarında
mənfi keyfiyyətlərin yaranmasının qarĢısını almaq, bu cür
keyfiyyətlərin yaranması imkanlarını aradan qaldırmaq lazımdır.
ġübhəsiz, biz burada ailə tərbiyəsinin bütün məsələlərini geniĢ əhatə
etmək fikrində deyilik. Bu iĢlə tərbiyə nəzəriyyəsi sahəsində çalıĢan
mütəxəssislər məĢğul olurlar. Lakin qısaca olaraq qeyd etmək lazımdır
ki, ailədə uĢaqların tərbiyəsi onların Ģəxsiyyətinin formalaĢmasına
xidmət etdiyinə görə onun bütün cəhətlərini də əhatə etməlidir. Bu
mənada ailədə uĢaqların əqli, əmək, əxlaqi, fiziki, estetik tərbiyəsi
məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.
VI.23.6. “Çətin” uĢaqlar və onlarla aparılan iĢin xüsusiyyətləri Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez «çətin
uĢaqlar» sözünə rast gəlmək olur. Müəllim və tərbiyəçilər çox
vaxt bəzi uĢaqların «çətinliyindən» Ģikayətlənirlər. Əksər
halda «çətin» uĢaqların sırasına sözə baxmayan, Ģıltaq, tərs,
intizamsız, kobud, tənbəl, yalançı və s. uĢaqları daxil edir və
bunları asosial uĢaqlar kimi xarakterizə edirlər. Bu cür
uĢaqların pedoqoji baxımsızlıqdan irəli gəldiyini xüsusilə
qeyd edirlər.
Adətən «çətin» uĢaqların xüsusiyyətləri ən çox yeni-
yetməlik dövründə özünü göstərir. Bu dövr uĢaqlarda
“çətinliyin” yaranmasına təkan verir.
Psixoloji tədqiqatlar «çətin» yeniyetmələrin dörd
qrupunu müəyyənləĢdirmək imkanı vermiĢdir: 1) davra-