www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
316
316
materiallarının mənimsənilməsində geridə qalan Ģagirdlərin
psixoloji xarakteristikası əsasında psixoloqlar “öyrənməyə
qabillik” anlayıĢını irəli sürmüĢlər. Həmin anlayıĢ altında
Ģagirdlərin bilikləri və təlim fəaliyyəti tərzlərini
mənimsəməyə
nə dərəcədə həssas, qabil olduqları nəzərdə tutulmuĢdur.
Öyrənməyə qabilliyi Ģagirdin əqli inkiĢafı ilə qarıĢdırmaq
olmaz. Yüksək əqli inkiĢaf səviyyəsinə malik olan adamda
bəzən öyrənməyə qabilliyin aĢağı
səviyyədə olduğunu
müĢahidə etmək mümkündür. YaĢ artdıqca əqli inkiĢaf yüksək
səviyyəyə qalxa bildiyi halda, öyrənməyə qabillik uzun
müddət az və ya çox dərəcədə öz sabitliyini saxlaya bilər.
Deməli, öyrənməyə qabillik insanın təlim prosesində
bilik, bacarıq və vərdişləri mənimsəməsinin sürət və
keyfiyyətinin fərdi göstəricisindən ibarətdir.
Öyrənməyə qabilliyin
ümumi
və
xüsusi
növləri vardır.
Öyrənməyə ümumi qabillikdən danıĢarkən hər cür materialı,
bütün tədris
fənlərini mənimsəməyə qabillik, öyrənməyə
xüsusi qabillikdən söhbət gedərkən isə ayrı-ayrı materialları
(müxtəlif elmləri, incəsənəti, yalnız
bir fənni, tək bir praktik
fəaliyyət növünü) mənimsəməyə qabillik nəzərdə tutulur.
Bunlardan birincisi fərdin ümumi,
ikincisi isə xüsusi
istedadının göstəricisi hesab olunur.
Öyrənməyə qabilliyin əsasında idrak proseslərinin,
Ģəxsiyyətin iradi-emosional sahəsinin inkiĢaf səviyyəsi,
eləcə
də bunlardan doğan təlim komponentlərinin inkiĢafı dayanır.
Lakin öyrənməyə qabillik təkcə fəal dərketmənin inkiĢaf
səviyyəsilə, daha doğrusu, subyektin müstəqil olaraq dərk
etmə və mənimsəmə bacarığı
ilə deyil, onun artıq müvafiq
bilik və bacarıqlara malik olan adamın köməyilə dərk edə və
mənimsəyə bilmək bacarığı səviyyəsi ilə də Ģərtlənir. Ona
görə də öyrənməyə qabillik təlim və mənimsəmə qabiliyyəti
kimi müstəqil dərk etmə qabiliyyətlərindən fərqlənir və yalnız
idrak qabiliyyətlərinin inkiĢafı kimi qiymətləndirilə bilməz.
Dostları ilə paylaş: