MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə492/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   488   489   490   491   492   493   494   495   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
314 
314 
aĢkara çıxarmıĢdır. O, birinci cəhəti (bilik, bacarıq və 
vərdiĢlərə yiyələnməni) təlim (öyrənmə), ikincini isə inkiĢaf 
adlandırmıĢdır. Onun fikrincə təlimdə mənimsəmənin əsas 
predmetini bilik və mədəniyyət haqqında tarixi təcrübə təĢkil 
edir. 
L.S.Vıqotskiyə görə təlim inkiĢafın əsas amilidir. 
Təlimin həmiĢə inkiĢafdan qabaqda getməsi və onu da 
öz arxasınca aparması fikrini əsas götürən L.S.Vıqotski və 
onun əməkdaĢları təlimlə əlaqədar baĢ verən əqli inkiĢafın iki 
səviyyəsini və ya zonasını müəyyən etmiĢlər. Birinci 
səviyyəni inkiĢafın 
fəal,
 
aktual
zonası adlandırmıĢlar. Bu 
zonaya malik olan Ģagird gündəlik dərsləri, verilmiĢ təlim 
tapĢırıqlarını müstəqil surətdə yerinə yetirir, özü baĢqasının 
köməyi olmadan dərsdə müvafiq materiallardan istifadə edir. 
Müəllimin Ģərh etdiyi bəzi cəhətləri izah etməyə təĢəbbüs 
göstərir və nəhayət onda əqli inkiĢaf elə bir səviyyəyə çata 
bilir ki, sonralar hər hansı bir məsələni heç kimə ehtiyacı 
olmadan həll edə bilir. Bütün bunların nəticəsində Ģagird 
bilikləri müstəqil mənimsəyir, elmlərin əsaslarına özü 
yiyələnməyi bacarır. 
Əqli inkiĢafın ikinci səviyyəsində isə uĢaq bir növ 
yaĢlıların, müəllimin köməyilə daha yüksək nailiyyət əldə edə 
bilir. L.S.Vıqotski bu inkiĢaf səviyyəsini “
inkişafın yaxın
 
zonası

adlandırmıĢdır. L.S.Vıqotski bu münasibətlə yazır: 
“UĢaq nəyi ki, yaĢlının köməyilə etmək iqtidarındadır, bu 
onun yaxın inkiĢaf zonasını göstərir… Beləliklə, yaxın inkiĢaf 
zonası uĢağın sabahkı gününü, onun inkiĢafının dinamik 
vəziyyətini müəyyənləĢdirməkdə bizə kömək göstərir”. Təlim 
öz səmərəli nəticəsini vermək və Ģagirdlərin əqli inkiĢafına 
əsaslı təsir göstərmək üçün məhz “inkiĢafın yaxın zonası”na 
uyğun təĢkil olunmalıdır. Təlimin məzmununu, forma və 
vasitələrini seçərkən bu tələb birinci tələb kimi nəzərə 
alınmalıdır. 
Ona görə də L.S.Vıqotski haqlı olaraq göstərir ki, uĢağın 
öyrənməyə qabil olmadığı iĢləri ona öyrətməyə çalıĢmaq, 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   488   489   490   491   492   493   494   495   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin