www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
322
322
istifadə edilməsi prosesində insan Ģəxsiyyətinin
təzahür etmə
halını psixoloqlar ustanovka adlandırırlar. Ustanovka dedikdə
tələbatı müəyyən tərzdə təmin etməyə hazırlıq baĢa düĢülür.
Ustanovka müəyyən bir fəaliyyətə Ģəxsiyyət tərəfindən dərk
edilməyən hazırlıq halətidir. AparılmıĢ müĢahidə və
eksperimentlər fərdin ustanovkasının təlim fəaliyyətində
mühüm əhəmiyyətə malik olduğunu göstərmiĢdir.
Məsələn, psixoloji eksperiment zamanı
iki qrupda eyni
material eyni yolla öyrədilmiĢ, hər iki qrupda eyni miqdarda
təkrar aparılmıĢdır. Lakin qrupların birinə qabaqcadan
xəbərdarlıq edilmiĢdir ki, həmin materialı necə öyrəndiklərini
soruĢana qədər bir daha təkrar aparılmayacaq,
istənilən vaxt
onlar yoxlanıla bilərlər. Ġkinci qrupa materialı öyrənmək
tapĢırılarkən bildirilmiĢdir ki, yoxlamadan əvvəl mütləq
materialı bir daha təkrar etməyə imkan olacaqdır.
Sonradan
gözlənilmədən hər iki qrupda sorğu aparılmıĢdır. Nəticədə
birinci qrupa nisbətən ikinci qrupun nümayəndələri bir daha
təkrar edəcəklərini zənn edərək materialı
pis yadda
saxlamıĢlar. Onlarda verilən materialı qəti, birdəfəlik
öyrənmək ustanovkası yaranmamıĢdır.
AparılmıĢ psixoloji tədqiqatlar göstərmiĢdir ki, bu cür
öyrənmə ustanovkası qarĢıya qoyulan yaddasaxlama məqsədi,
yaddasaxlamanın müddəti,
möhkəmliyi və xarakterindən
asılıdır. Hər Ģeydən əvvəl öyrənmə o zaman səmərəli olur ki,
Ģagird öz qarĢısına yaddasaxlama məqsədi qoysun. Təcrübə
göstərir ki, qarĢıya öyrənmək,
yadda saxlamaq məqsədi
qoymadan səmərəli yaddasaxlama mümkün deyildir. Bəzən
Ģagird müəyyən bir materialı oxuyur və ya dinləyir. Lakin
qarĢısında
onu öyrənmək, yadda saxlamaq məqsədi
qoymadığına görə suallara ya ötəri cavab verir, ya da heç cür
cavab verə bilmir. Onun yadında olsa-olsa emosional cəhətdən
təsirli faktlar qalmıĢ olur. Bəzi Ģagirdlər belə halda «bilmədim
soruĢacaqsınız» tipli cavablarla yaxalarını qurtarmağa
çalıĢırlar. ġagirdin qarĢısında
yaddasaxlama məqsədi
qoyduqda (istər müəllim, istərsə də Ģagirdin özü tərəfindən) o,