MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə520/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   516   517   518   519   520   521   522   523   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
342 
342 
həm obyekti, həm də subyekti kimi çıxıĢ edir; 
4) müəyyən iĢ və əməliyyatların məcmuundan ibarət 
olan fəaliyyətin özü 

ayrı-ayrı öyrədici, inkiĢafetdirici və 
tərbiyələndirici iĢ və əməliyyatlar; 
5) pedaqoji fəaliyyətin vasitələri 

məktəbdə təlim və 
tərbiyənin məzmunu, forması və metodları; 
6) pedaqoji fəaliyyətin Ģəraiti 

cəmiyyətin böyüməkdə 
olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən 
təchiz olunması, məktəbin pedaqoji kollektivindəki birlik, 
məktəbə lazımı səviyyədə rəhbərlik etmək və s.; 
7) pedaqoji fəaliyyətin nəticəsi 

Ģagird Ģəxsiyyətinin 
əlamət və keyfiyyətlərinin formalaĢması.
Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi 
üçün əsas amil rolunu oynayır. Məhz buna görə də onların hər 
biri pedaqoji fəaliyyətin tələblərinə uyğun səviyyədə 
olmalıdır. Eyni zamanda pedaqoji fəaliyyət bu cəhətlərə malik 
olmadan bir fəaliyyət kimi təzahür edə bilməz. 
Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-
biri ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir. 
Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim 
Ģəxsiyyətinin xüsusiyyətlərindən ibarətdir. Onlar vahid 
məqsədə 

cəmiyyətin sosial sifariĢini həyata keçirməyə 
yönəlsələr də bir-birini təkrar etmirlər. Belə ki, pedaqoji 
fəaliyyət müəllimin Ģagirdlərə təsirini (eləcə də Ģagirdlərin 
müəllimə təsirini) əhatə edir. Pedaqoji ünsiyyət 

birgə 
fəaliyyət zamanı müəllim və Ģagirdlərin əməkdaĢlığından 
ibarətdir. Pedaqoji fəaliyyəti, pedaqoji ünsiyyəti müəllim 
Ģəxsiyyətindən kənarda nəzərdən keçirmək mümkün deyildir. 
Müəllimin Ģəxsiyyəti onun əməyinin sosial istiqamətini 
müəyyən edən əsas amildir. Qeyd olunan cəhətlərin hər üçü 
müəllim əməyinin gediĢi zamanı bir-biri ilə mürəkkəb 
dialektik əlaqədə olmaqla, onlardan hər biri gah zəmin, gah 
vasitə, gah da inkiĢafın nəticəsi kimi özünü göstərir.
Psixoloji tədqiqatlar əsasında müəyyən edilmiĢdir ki, 
pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   516   517   518   519   520   521   522   523   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin