MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə528/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   524   525   526   527   528   529   530   531   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
350 
350 
onun əxlaqi və iradi keyfiyyətləri də mühüm yer tutur. Bu 
keyfiyyətlər möhkəmlənir və müəllimin Ģəxsiyyətinin daimi 
əlamətlərinə çevrilir. 
Müəllimin iradi qüvvəsinin ən parlaq ifadələrindən biri 
onun məqsədyönəliĢliliyi, daima böyük pedaqoji vəzifələri 
həll etməyə yönəlməsindən ibarətdir. Ġradəli müəllim təkcə 
Ģagirdin qarĢısına tələb qoymaqla kifayətlənmir, eyni zamanda 
həmin tələbin dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət 
edir.
Müəllim təkidli olmalıdır. Təkidlilik təkcə müəllimin 
Ģagirdlərə qarĢı tələbkar olması, ona nəzarət etməsi üçün 
zəruri deyildir. Bu keyfiyyət eyni zamanda müəllimin öz 
pedaqoji fəaliyyətini icra edərkən qarĢıya çıxan ciddi çətinlik 
və maneələri aradan qaldırması, fasiləsiz olaraq öz üzərində 
iĢləməsi, öz ixtisasını artırması üçün də zəruridir. 
Pedaqoji 
iĢin 
müvəffəqiyyəti 
üçün 
müəllimdə 
dözümlülük,
hövsələnin olması da zəruridir. Əgər müəllim 
özünü əla ala bilmirsə, o, sinfi də ələ ala bilməyəcəkdir. 
Müəllim özünü ələ ala bilməyi, öz hərəkətlərinə nəzarət 
etməyi bacarmalıdır. 
Müəllim üçün xarakterik olan keyfiyyətlərdən onun 
təvazökarlıq və özünə qarşı tələbkarlığını
da qeyd etmək 
lazımdır. Bunlar həqiqi müəllimə xas olan müsbət 
keyfiyyətlərdəndir. Təcrübəli müəllim nə qədər müvəffəqiyyət 
qazansa da, hələ çox iĢ görmək lazım gəldiyini baĢa düĢür. 
Hələ vaxtilə görkəmli rus pedaqoqu K.D.UĢinski təlim 
və tərbiyə iĢində müəllimin mövqeyinə müstəsna əhəmiyyət 
verərək onun geniĢ və dərin elmi-pedaqoji biliyə, yüksək 
əxlaqi keyfiyyətlərə, möhkəm iradəyə və xarakterə malik 
olmasını tələb edirdi. O, hər Ģeydən əvvəl tərbiyəçinin tərbiyə 
etdiyi insanı hərtərəfli bilməsinin, onu dəqiq öyrənməsinin 
zəruriliyini, həmin biliklər olmadan tərbiyə iĢini düzgün təĢkil 
etməyin mümkün olmadığını göstərir. “Tərbiyəçi insanı 
həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli
cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları ilə tanıĢ 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   524   525   526   527   528   529   530   531   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin