MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə526/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   522   523   524   525   526   527   528   529   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
348 
348 
münasibətləri açmağı bacarmalı; 4) Ģagirdləri fəallaĢdırmaq məqsədilə 
müxtəlif kommunikativ vasitələrdən istifadə edə bilməli və s. Bütün bu 
keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji fəaliyyətində 
yüksək nailiyyətlər əldə edə bilər.
Müəllimin Ģəxsiyyəti onun pedaqoji əməyinə istiqamət, 
məna verir. Müəllim Ģəxsiyyətinin strukturuna gəldikdə 
buraya onun əməyinin xarakterini müəyyənləĢdirən psixi 
keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini 
və s. aid etmək olar. Müəllim Ģəxsiyyəti özünün istiqamət və 
motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi 
üslubi və s. ilə xarakterizə olunur. 
Müəllim Ģəxsiyyətinin istiqaməti birinci növbədə 
özünün motivləĢmə sferası (aləmi), ideyaları, sərvət meylləri, 
əqidə və inamı və s. ilə müəyyən edilir. Burada müəllimin 
yüksək ideyalılığı və inamının, öz peĢəsində oynadığı sosial 
rolu anlamanın rolunu da xüsusi qeyd etmək lazım gəlir. 
Bunlar bir növ müəllim Ģəxsiyyətinin keyfiyyətini təĢkil 
edirlər. 
Müəllim Ģəxsiyyətində qeyd olunan keyfiyyətlərlə 
yanaĢı onun fərdi-psixi xassələri də həlledici yer tutur. Buraya 
müəllimin pedaqoji qabiliyyətlərini, maraq və meylini, 
xarakterini, emosional iradi və əqli xüsusiyyətlərini daxil 
etmək olar. Pedaqoji qabiliyyətlər fərdi psixi xassə kimi müəl-
limi özünün peĢə fəaliyyəti üçün daha çox yararlı edir. 
Müəllim Ģəxsiyyəti eyni zamanda özünün yaradıcılıq 
mövqeyi səviyyəsi, onu həyata keçirmək üçün yeni məqsəd və 
yollar axtarmaq cəhdi ilə xarakterizə olunur. Müəllim 
yaradıcılığı pedaqoji fəaliyyətdə yaratdığı yenilikdə, yaradıcı 
təfəkküründə, orijinal tapıntılarında ifadə olunur. 
Bütün bunlarla yanaĢı olaraq müəllim Ģəxsiyyəti 
pedaqoji əməyin həyata keçirilməsinin fərdi xarakteri ilə 
müəyyən edilir. Təcrübə göstərir ki, obyektiv tələblə Ģərtlənən 
eyni bir məqsəd müxtəlif müəllimlər tərəfindən müxtəlif 
əməliyyatlardan istifadə yolu ilə həyata keçirilir. Bu, həmin 
müəllimin fərdi üslubu kimi xarakterizə olunur. Müəllim 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   522   523   524   525   526   527   528   529   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin