www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 403
403
403
403
403
403
403
403
403
pedaqogika və yaxud tərbiyə və təlimin
humanistik psixologiyası adlandırmaq olar (L.D.Stolyarenko). Bunların
məktəb təcrübəsində praktik Ģəkildə həyata keçirilməsi
məktəbdə psixoloji xidmətin nəticələrinin mühüm praktik
tələblərə uyğun olması, həmin psixoloji xidmət fəaliyyətinin
məktəbdə təlim və tərbiyənin səmərəliliyini əsaslı Ģəkildə
yüksəltməsini təmin etmək üçün burada psixoloji xidmətin
pedaqoji prosesin real Ģəraitinə uyğun, sistemli əsasda
aparılması zəruridir.
Məktəbə psixoloji xidmətin təĢkilinin sistemli xarakter
daĢıması üçün aĢağıdakı prinsiplərə əməl edilməsi tələb
olunur:
1.Sistemli məqsədəuyğunluq prinsipi. Bu prinsipə
görə məktəbdə psixoloji xidmətə daha ümumi olan «məktəb»
sisteminin tərkib hissəsi kimi baxmaq lazımdır. Burada
sistemyaradan komponent məqsəd və nəticədən ibarətdir
(məqsədə nail olmaq dərəcəsi kimi). «Məktəb» sistemində bu
cür məqsəd (və nəticə) Ģagird Ģəxsiyyətinin inkiĢafından
ibarətdir. Həmin sistemin tərkib hissəsi, o cümlədən psixoloji
xidmət ümumi istiqaməti konkretləĢdirən özünün spesifik
məqsədinə malik ola bilər.
2.Tamlıq prinsipi. Bu prinsipə görə psixoloji xidmət
bir tam sistem olan tədris müəssisəsinə istiqamətlənməli,
yönəlməli, onu əhatə etməlidir. Bu o deməkdir ki, psixoloji
xidmət məktəbdə oxuyan Ģagirdlərin tam əksəriyyətini (ən azı
70 %-ni) əhatə etməlidir.
3.PeĢə-pedaqoji fəallıq prinsipi. Bu prinsipə görə
məktəb müəllimləri məktəbə psixoloji xidmətin strukturunda,
onun həyata keçirilməsində fəal rol oynamalıdırlar. Bu zaman
müəllimin üzərinə Ģagirdlərlə fərdi psixoloji-pedaqoji iĢ
(məsləhət, korreksiya, tərbiyəvi iĢ) aparmaq vəzifəsi düĢür. Bu
prinsipin həyata keçirilməsi mahiyyət etibarilə klassik fərdi