www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
138
138
daha çox önə vermiş, lakin sonrakı dönəmlərdə bu cərəyan
onun fəlsəfəsində arxa plana keçmişdir. Məhəmməd Əminin
və onun silahdaşlarının (A.Kazımzadə və b.) siyasi-ideoloji
dünyagörüşündə baş verən dəyişiklikdə sosial-demokratizmin
rus bolşeviklərin əlində «yeni imperiya» silahına çevrilərək
müsəlman-türk xalqlarına qarşı yönəlməsi mühüm rol
oynamışdır. Başqa sözlə, rus bolşeviklərinin marksizmdən
xeyli dərəcədə uzaqlaşaraq, milli və dini məsələdən daha çox
taktiki mənada istifadə etmələrinin aşkarlanması ilə
Azərbaycan türk aydınlarının böyük əksəriyyəti, artıq 1910-
1920-ci illərdə onlarla bütün mənalarda yollarını ayırmışlar.
Tədqiqatçı alim, fəlsəfə üzrə fəlsəfə doktoru Müstəqil Ağayev
də hesab edir ki, əvvəllər bir yerdə olmuş rus və milli
inqilabçıların sonralar ayrılmasına səbəb məfkurə fərqləri
olmuşdur: «Azərbaycan inqilabçıları siyasi fəaliyyətlərində
milliliyi, milli istiqlalı ön plana çəkir, rus inqilabçıları isə
milliliyə əhəmiyyət verməyib, sinifliyi, sinfi mübarizəni
qabağı çəkirdilər. Bu cür mühüm fərqlər onların ayrılmasına,
həm də ümumi düşmənə qarşı mübarizənin zəifləməsinə
gətirib çıxardı» [12, 25].
Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, «Hümmət»in
mövcudluğu dövründə rus bolşeviklərlə birgə fəaliyyət
göstərən milli sosial-demokratlar – milli inqilabçılar
marksizm mövqeyində dayansalar da, Azərbaycanda milli
ideyanın təşəkkülündə müəyyən rol oynamışlar. Bu baxımdan
həmin dövrü təhlil edən professor Yusif Rüstəmov haqlı
olaraq
yazır:
««Hümmət»
təşkilatında
iş
aparan
M.Ə.Rəsulzadə qrupunun üzvləri – gələcək «Müsavat»
partiyasının üzvləri xalqın milli mübarizə yolunu müəyyən
etməyə çalışırdılar. Bu yol Azərbaycanın gələcək milli
|