www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
147
marksizmin başlıca müddəaları haqqında səthi təsəvvürə malik
idi» [121, 74]. Ancaq burada akademik F.Q.Köçərli tərəfindən
qeyd edilən o fikirlə razılaşmaq mümkün deyil ki, Nərimanov
marksizmin başlıca müddəaları haqqında səthi təsəvvürə malik
olduğu üçün, «sinfi mübarizənin elmi marksist anlayışı
səviyyəsinə qədər yüksəlməmiş, sinfi mübarizənin antaqonist
cəmiyyətlərin əsil hərəkətverici qüvvəsi olduğunu, proletariatın
azadlıq rolunu və onun mübarizəsinin proletar diktaturası ilə
nəticələnəcəyini tam aydınlığı ilə dərk edə bilməmişdi» [121,
74]. Tərsinə, 1917-ci il fevral burjua demokratik inqilabına qədər
Nərimanov marksizm-leninizm haqqında kifayət təsəvvürə malik
olduğu üçün ondan uzaq durmuş, bir növ özünün də etiraf etdiyi
kimi, kommunizmin qurulmasına utopiya kimi baxmışdır. Bu
baxımdan, o hesab etmişdir ki, yaxın zamanlarda yalnız burjua
demokratik inqilabının gerçəkləşməsi mümkündür və kütləni də
yalnız onun mənəvi-ruhani həyatındakı çevrilişə hazırlamaq
lazımdır [167, 210].
Fikrimizcə, uzun müddət Türk-İslam-Şərq və Rus-Qərb-
Avropa ikiliyi arasında tərəddüd edən Nərimanovun sonuncunu
seçməsində 1917-ci il Rusiya fevral burjua inqilabı və sosial-
demokratizmə bəslədiyi ümidlər mühüm rol oynamışdır. Bu
mənada, o, həmin inqilabın təsiri altında yalnız sosializm
quruluşunda milliyyətindən və dinindən asılı olmayaraq
insanların bir-birilə yoldaş olacaqlarını inanmışdır: «Bolşevkilər
mənim arzuladığım dünyanın qapısını aça biləcək yeganə
hakimiyyəti – xalq hakimiyyətini yenidən yaratmaq ümidi ilə
sinfi mübarizədə qan tökürlər» [167, 190].
Məhz o, sosial-demokratizmi seçdiyi üçün, sovet dövrün-
də vaxtilə daha çox meyil etdiyi islamlıq və türklüyü deyil,
beynəmiləlçiliyi müdafiə etmək zorunda qalıb. Eyni zamanda,
|