www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
49
nail olmaq üçün birincisi, müsəlman xalqları arasında məzhəb
ayrılığına son qoyulmasını və bütün müsəlmanların sidq ürəkdən
Qurana və Məhəmməd peyğəmbərin (s) əhli-beytinə
tapınmasını, tovhidi əsas kimi götürmüşdür [18, 32]. İkincisi, o,
Avropa mədəniyyətinin müsəlman mədəniyyətinə təsirinin
qarşısının alınmasını vacib hesab etmişdir [17]. Fikrimizcə,
burada xüsusilə, Axundoğlunun İslam mədəniyyəti xaricində,
bütün mədəniyyətlərə, o cümlədən Avropa elminə qarşı olması
düzgün hesab oluna bilməz. Hər halda, İslam mədəniyyəti kimi,
Avropa xalqlarının, o cümlədən başqa dinə sitayiş edən
millətlərin də bəşər mədəniyyətinə və insaniyyətə xidmətləri
olmuşdur. İslam xalqları arasındakı məzhəb və digər ayrılıqların,
fərqlərin onların ən azı mənəvi birliyinə əngəl olması
məsələsində isə Axundoğluyla razılaşmamaq mümkün deyildir.
Ancaq bu məsələdə o, özü də İslam dininin müəyyən bir
hissəsinin müdafiəçisi kimi çıxış etmişdir ki, bu da, birmənalı
qəbul edilə bilməz.
XX əsrin əvvəllərində «İslam birliyi» ideyasının siyasi
qanadı isə «İittihad» partiyası olmuşdur. «İttihadçı»lar (S.M.Qə-
nizadə, Q.Qarabəyli və b.) «İslam birliyi» ilə yanaşı, müəyyən
dərəcədə türkçülüyə rəğbət göstərsələr də, bu, milli kimliklərinin
türk olması hissindən uzağa getməmişdir. Ümumilikdə, onlar
Azərbaycan türklərinin xilasını «İslam birliyi»ndə axtarmış, bu
mənada gah Osmanlı müsəlmanları, gah da Rusiya müsəlmanları
ilə birləşməyin tərəfdarı olmuş [136, 83-84], qərbçiliyə qarşı
mübarizə aparmışlar. Məsələn, «ittihadçı»ların lideri Qarabəy
Qarabəyli milli-demokratları ilk növbədə Avropa demokratiya-
sını və mədəniyyətini təbliğ etdiklərinə görə daim tənqid
etmişdir. Belə ki, demokratiyanın mərkəzi sayılan Avropa
həmişə İslam dininə qarşı olmuş və müsəlman dövlətlərini məhv
|