www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
51
fərqləndirən nə idi? Xüsusilə, «Panislamizm» kəlməsini ortaya
atanlar şərqlilər deyil, qərblilərdir – deyən, Əli bəy Hüseynzadə
hansı yolu seçmişdi? Ə.Hüseynzadə özü bu suala təxminən belə
cavab vermişdir ki, Rusiya müsəlmanlarının və türklərinin guya,
«panislamizm» ideyası ətrafında ittifaq və itttihad edərək Rusiya
və Avropa üçün böyük təhlükə olduğu haqqında yazdıqları
böhtandan başqa bir şey deyildir. Hüseynzadəyə görə, İslam
dünyası o qədər müttəhid, müttəfiqdir ki, «panislamizm» kimi
bir əcnəbi kəlməsi icad edib yenidən ittihad və ittifaq etməyə əsla
ehtiyacları yoxdur. Əslində müsəlmanların düşmənlərini qorxu-
dan «İslam birliyi» deyil, onların qəflət yuxusundan oyanıb
tərəqqiyə və maarifə üz tutmalarıdır [109, 73-74]. Deməli,
Ə.Hüseynzadəyə görə, əsas məqsəd müsəlmanların tərəqqisi və
maariflənməsi idi. Bu yolda isə, yalnız şəriət qanunlarından
deyil, eyni zamanda Qərbin mütərəqqi dəyərlərindən də istifadə
etmək lazımdır. Halbuki mühafizəkarlar və «ittihadçı»lar bunu,
yalnız İslam dini əsasında görürdülər.
Ona görə də Ə.Hüseynzadə yazırdı ki, mühafizəkarlar
hər növ təzə və yeni şeylərdən və işlərdən həzər edib insanları
davamlı şəkildə bir nöqtədə saxlamaq xəyalındadırlar [109, 34].
Bu baxımdan, avropalılar gözlərini gələcəyə doğru dikdiyi halda,
İslam-Türk dünyası hələ də keçmişdən ayrıla bilmir. Halbuki
keçmişi görmək, bilmək, yalnız istiqbalı, tərəqqini təyin üçün
lazımdır. Hüseynzadənin fikrincə, bu keçmişpərəstliyin mötədil
şəkli köhnəpərvərlik, ifrat forması geriyəpərəstlikdir; bunların
üzündən müsəlmanlar 4-5 yüz il ərzində dünyada baş verən,
cərəyan edən yeniliklərdən, inqilablardan, dünyəvi elmlərdən
xəbərsiz, nəsibsiz qalıblar [111, 141]. Bu baxımdan yenipərəstlik
və köhnəpərəstlik məsələsini «Həyat» qəzetində müzakirə
obyektinə çevirən Ə.Hüseynzadə, yalnız dini elmlərin