www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
52
52
öyrənilməsi ilə bağlı Ə.Axundoğlunun fikirlərinə qatılmayaraq
tərəqqi etməyin, bu mənada dünyəvi elmlərinin öyrənilməsini
zərurətindən bəhs etmişdir [109, 124]. Beləliklə, Ə.Hüseynzadə
bir tərəfdən müasirləşməyə həmişə hazır islamlıq və türklük
ideyasını irəli sürür, digər tərəfdən onun «panislamizm» və
«pantürkizm» kimi qələmə verilməsinə qarşı çıxırdı. Başqa
sözlə, Ə.Hüseynzadənin yaradıcılığında mütərəqqi ruhlu
islamçılıq və ya türkçülük deyil, bəzi Avropa mütəfəkkirləri
tərəfindən ortaya atılan və mürtəce mahiyyət daşıyan
«panislamizm» və «pantürkizm» tənqid olunmuşdu [78, 207].
Xüsusilə, Ə.Hüseynzadə ilk dövrlərdə islamiyyəti
müsəlman-türk xalqlarının nicatı kimi görmüş, bir növ onu
«İslam birliyi»nə zərər verə biləcək ayrıca götürülmüş istənilən
millətçiliyə, kapitalizmə və marksizm-leninizmə (rus bolşevizm-
inə) qarşı qoymuşdu. Onun fikrincə, inqilabların baş verməsi
üçün zəruri şərait olmalı, bütün inqilablar təkamül yolu ilə baş
verməli və hər bir xalqın milli ruhuna, dininə, mədəniyyətinə
uyğun olmalıdır. Bunu nəzərə alaraq Ə.Hüseynzadə yazırdı ki,
marksist-leinçilər birdən-birə sıçramaq, özlərini qorxulu
girdablara, uçurumlara atmaq istəyirlər: «İkincilər (marksist-
leninçilər – F.Ə.) isə zənn edirlər ki, İslamda mədəniyyətə,
tərəqqi və təkamülə xidmət edəcək bir şey yoxdur. Avropa
cəhətindən əsən bütün yellər, hətta zəhərli yellər belə
şəfabəxşdir. Bunlar bütün bu maddiyunluğun (materializmin),
dəhriyunluğun (ateizmin), iştirakiyunluğun (sosializmin)
mahiyyətlərinə özləri belə agah olmadan bu təriqəti-
fəlsəfiyyələrin nəşrə çalışıyorlar» [109, 34].
Deməli, Ə.Hüseynzadə bolşeviklərin radikal qırmızı-
inqilab ideyalarını rədd edir, marksizm-leninizmi zərərli bir təlim
adlandırır və ona qarşı müasir ruhlu milli-dini birliyi – «yaşıl
|