MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə285/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   281   282   283   284   285   286   287   288   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

269 


Bunun  nəticəsi  idi  ki,  birinci  məsələ  –  «Azərbaycan 

dili»nin  türk  dilindən  tamamilə  ayrı,  müstəqil  bir  dil  olmasını 

əsaslandırmaq  üçün  dilçi  alimlərdən  Ə.M.Dəmirçizadə 

«Azərbaycan ədəbi dil tarixi xülasələri» (1938) kitabında yazırdı 

ki, Azərbaycan ədəbi dil tarixi bu vaxta qədər tədqiq edilməmiş 

sahədir. Guya, bu vaxta qədər  «Azərbaycan dili»  tarixi əvəzinə 

Orxon-uyğur  yazıları  keçilmişdir.  Belə  ki,  türkoloqlar, 

pantürkist-idealist burjuaziya linqivistləri «Azərbaycan dili»ni 

«türk-tatar  dilləri  ailəsinin»  bir  ləhcəsi  hesab  edərək  onun 

tarixini,  müstəqil  inkişafını  ümumi  dil  ailəsi  içərisində 

əritmişlər.  Dəmirçizadə  bu  fikirlərini  irəli  sürərkən 

B.Çobanzadə, F.Ağazadə və başqa dilçi alimlərin Azərbaycan 

türk  dilinin  ümumtürk  dilinin  bir  qolu  olması  müddəalarını 

nəzərdə  tutmuşdur:  «Bunların  fikrincə  (B.Çobanzadə, 

F.Ağazadə və b.  – F.Ə.  ), XI  əsrdə  yaranmış iki ədəbi  dildən 

biri  xaqaniyyə-şərqi  türkcəsi  olmuş  ki,  sonra  cığataycanı  – 

özbək,  türkmən  və  ümumən  Orta  Asiya  «türk  ləhcəsini» 

yaratmış; digəri isə oğuzcadır ki, Anadolu, Azərbaycan, İraq, 

Əlcəzair  türklərinin  dili  olubmuş  ki,  sonradan  bu  oğuzcadan, 

guya osmanlı və Azərbaycan ləhcələri ayrılıbmış. Bu dillərin 

anası  isə  tukyu  (Orxon-Yenisey  boyları  və  şərqi  Türküstanın 

qədim «ləhcələri», uyğurca və s.) dili olubmuş. Buna görə də, bu 

vaxta  qədər  Azərbaycan  dili  tarixi  Orxon  –  uyğur  abidələri  ilə 

başlanıb, onunla da bitirilirdi» [70, 7].  

Sovet ideoloqları tərəfindən ortaya  atılmış  «Azərbaycan 

dili»ni  türk  dilindən  tamamilə  ayrı  müstəqil  bir  dil  olması 

mülahizəsini  əsaslandırmaq  üçün  Dəmirçizadə  iddia  edirdi  ki, 

dillər bir anadan olmayıb, bir kökdən ayrılmayıb. Onun fikrincə, 

dillər  bir kökdən budaqlara ayrılma,  vahidlikdən  müxtəlifləşmə 

yolu  ilə  deyil,  müxtəliflikdən  vahidliyə  doğru  inkişaf  etmişdir: 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin