www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
272
272
müstəmləkəçilik ruhunun nəticəsi idi ki, 1937-ci ilə qədər
Azərbaycan türk dilindən [225, 26], türk ədəbiyyatından [225,
28], türk şeirindən [225, 45] bəhs edən Vurğun hətta, sovet
ideoloqlarının ortaya atdığı «yeni xalq» və «yeni dil» tezislərinə
uyğun olaraq, Azərbaycan türklərinin Türkiyə türklərindən ayrı
müstəqil bir xalq olduğunu da iddia edirdi: «Biz heç bir xalqın,
xüsusən osmanlı türklərinin quyruğunda getməmişik, çünki
Azərbaycan xalqı özünün tarixi ilə başqa millətdir və öz tarixi
vardır, onun adı Azərbaycan xalqıdır. Burada məsələ prinsip
məsələsidir» [225, 68]. Şühəsiz, Azərbaycan türk milləti türk
irqinin ayrıca bir qolu kimi təşəkkül tapmış və bunun nəticəsi
olaraq müstəqil dövlətlərini (Sacilər, Azərbaycan Atabəylər,
Şirvanşahlar,
Qaraqoyunlular,
Azərbaycan
Səfəvilər,
Azərbaycan Cümhuriyyəti və b.) də yaratmışdır. Ancaq bu
Azərbaycan türklərinin Anodolu türklərindən tamamilə fərqli bir
millət olması və fərqli dillərdə danışması anlamını da özündə
əksir etdirmir.
Göründüyü kimi, vaxtilə çar Rusiyası türk dilinin
varlığını inkar edib, onu «tatar dili» olaraq əsaslandırmağa
çalışdığı kimi, Sovet Rusiyası da bir müddət türk dilinin
mövcudluğuna dözdüyü halda, sonra sələfinin yolunu davam
etdirərək «Azərbaycan dili» versiyasını ortaya atmışdı. Üstəlik,
çarizm A.A.Bakıxanov, M.F.Axundzadə, M.Kazım bəy və
başqalarını «tatar dili» məsələsinə cəlb etdiyi kimi, Sovet
Rusiyası da «Azərbaycan dili» ideyasını ortaya ataraq yerli
ziyalıları (Ə.Dəmirçizadə, S.Vurğun və b.) məcbur edirdi ki, yeni
yaradılmış dilin türk dilindən əsasən ayrı, müstəqil bir dil
olmasını sübut etsinlər. Hər iki halda müstəmləkə siyasəti və
bunun nəticəsi olaraq milli dilin assimilyasiyası prosesi baş
vermişdi. Çünki milli dilin adının dəyişdirilməsi ilə yalnız,
|