Makro ekonomika vp



Yüklə 132,75 Kb.
səhifə3/8
tarix02.01.2022
ölçüsü132,75 Kb.
#41953
1   2   3   4   5   6   7   8
Tələb cədvəli tələbin elastikliyi


Qiymət, manat

Tələbin həcmi, min ədəd

Tələbin qiymətə görə elastikliyi (Ej^

22,50

10

9,00

20,00

20

4,00

15,00

40

1,50

12,50

50

1,00

10,00

60

0,67

5,00

80

0,25

2,50

90

0,17

1,00

96

0,04

Tələb əyrisi azalan xarakterli olduğuna görə (3.1) düstüründa kəsrin sürəti və məxrəei bir-birinə əks işarəyə malikdirlər, yəni qiymət yuxarıya qalxdıqda tələbin həemi azalır. Deməli, həqiqətdə tələbin həcmi və qiymətin faizlə dəyişməsi mənfidir. Ona görədə təhlil məqsədləri üçün elastiklik əmsalının mütləq qiymətindən və ya sadəcə olaraq onun modulundan / s / istifadə olunur. Cədvəl 3.1- dən görünür ki, tələbin elastikliyi yuxan qiymətlərdə yüksək, kiçik qiymətlərdə isə aşağı olur.

Tələbin qiymətə görə elastüdiyinin müxtəlif hallan möveud ola bilər.





Şəkil 1. Qiymətə görə elastikliyi müxtəlif olan tələblər.

3.1. qrafikində elastikliyin 5 halı mövcuddur;



1. /s/ = 0. Tələb əyrisi şaqulidir. Bu o deməkdir ki, tələb qiymətə tamamilə qeyri-həssasdır. Satıcı qiyməti necə dəyişməsindən asılı olmadan tələbin həcmi sabit qalacaqdır. Belə tələb mütləq qeyri-elastiki adlanır.

  1. /s / « co. Tələb əyrisi üfüqi yerləşmişdir. Bu halda qiymətin istənilən az artırılması tələbin sıfıradək azalmasına səbəb olur, qiymətin bir az aşağı salınması isə tələbi sonsuzluğa qədər artıra bilər. Deməli, tələb qiymətin dəyişməsinə tamamilə həsasdır, ona görədə o, mütləq elastikli adlanır.

  2. /s / = 1. Əmtəənin qiymətinin 1% artması (azalması) ilə tələb 1% azalır (artır). Belə tələb fərdi elastiki adlanır.

  3. E > 1. Tələb elastikidir: əmtəənin qiymətinin bir faiz artması (azalması) tələbin həcminin bir faizdən çox azalmasına (artmasına) səbəb olur. Deməli, bu halda satıcılara qiyməti azaltmaq, alıcılara isə onu artırmaq əlverişlidir.

  4. E<1. Tələb qeyri-elastikdir: əmtəənin qiyməti bir faiz artdıqda (azaldıqda) tələbin həcmi bir faizdən az azalır (artır). Deməli, tələb qeyri-elastiki olduqda satıcılara qiyməti artırmaq, alıcılara isə qiyməti aşağı salmaq əlverişlidir.

Bəs tələbin elastikliyi hansı amillərdən asılıdır? Qeyd edək ki, tələbin elastikliyinə təsir edən amillərdən biri əmtəənin əvəzedici- lərinin olmasıdır. Əmtəənin əvəzediciləri qədər çox olarsa

onların faydalı xassələri qədər yaxın olarsa, bu əmtəəyə tələbin elastikliyi bir o qədər yüksək olacaqdır. Məsələn, duz qeyri-elastik əmtəədir, çünki onun heç bir əvəzedicisi yoxdur. Şan- pun isə elastik əmtəədir. Onun bir markasının qiyməti yüksəldikcə, alıcılar öz tələblərini digər markalara yönəldirlər .
Müəyyən əmtəənin istifadə imkanları nə qədər çox müxtəlif olarsa, ona tələbin elastikliyi bir o qədər yüksək olacaqdır.

Məsələn, çörək bişirilən sobalara tələb qeyri-elastikdir. Çünki onun qiymətinin artmasına baxmayaraq, zavod yenidən qurulduqda həmin soba alınmalıdır, əks halda zavod dayanacaqdır. Onun əksinə olaraq universal avadanlıqlara tələb qiymətə görə elastikdir.

Əmtəə tərəfindən ödənilən tələbat nə qədər zəruri olarsa, həmin əmtəəyə tələbin elastikliyi bir o qədər kiçik olacaqdır. Məsələn, çörəyə tələb turist putyovkasına nisbətən daha az elas- tikliyə malikdir.

Əmtəənin əldə edilməsi qədər məhdud olarsa, həmin əmtəəyə tələbin elastikliyi bir o qədər kiçik olacaqdır. Belə vəziyyət defisit halı üçün xarakterikdir. Defisit istehlakçı üçün seçimin məhdudlaşdırılması deməkdir. O, “nə verirlər onu götür” prinsipi ilə xarakterizə olunur, burada artıq qiymət haqqında düşünülmür, əmtəənin əldə edilməsi başlıca amilə çevrilir. Mahiyyətcə “növbə effekti” də ona yaxındır.

Əmtəəyə tələb vaxt keçdikcə daha elastiki olur. Məsələn, elektrik eneqisinin qiymətinin kəskin artırılması həmin an istehlakçılar tərəfindən tələbin ona müvafiq ixtisarına səbəb olmur. Çünki onlara yeni enerji qənaətedici avadanlıqları almaq üçün vaxt lazımdır. Yalnız həmin halda onlann elektrik eneıjisinə tələbləri daha elastiki olacaqdır. Məlumdur ki, əmtəəyə tələbin həcminə nəinki yalnız onun özünün qiyməti, eləcədə digər əmtəələrin qiyməti və istehlakçıların gəlirləri təsir göstərir. Tələbin həcminin bu təsirlərə həsasbğıda elastikliyin köməyi ilə ölçülür. Əmtəəyə tələbin həcmi əvəzedici əmtəələrin qiymətlərinin yüksəlməsi ilə artır və tamamlayıcı əmtəələrin qiymətlərinin artması ilə aşağı düşür. Məsələn, balığa tələbin həcmi ətin qiymətinin

yüksəlməsi ilə artır, eyni zamanda benzinin qiyməti artdıqda maşınlara tələbin həcmi azalır.


Tələbin qiymətə görə çarpaz elastikliyi digər əmtənin qiymətinin 1% artdığı halda, hər hansı əmtəəyə tələbin həcminin faizlə dəyişməsidir.
Əmtəələr arasmda çarpaz elastiklik müsbət olduqda, onlar qarşılıqlı əvəz olunandır. Əmtəələr arasmda çarpaz elastiklik mənfi olduqda, onlar qarşılıqlı tamamlanandır.

İstənilən əmtəə cütləri arasmda qiymətə görə müsbət çarpaz elastiklik nə qədər yüksək olarsa, alıcılar daha çox asanlıqla bir əmtəəni digər ilə əvəz edirlər.

Əgər istənilən iki əmtəənin tələbinin çarpaz elastiklik əmsalı sıfıra bərabərdirsə, deməli, həmin əmtəələrin istehlakı bir-birindən asılı deyildir, yəni müstəqildir. Əgər tələbin çarpaz elastiklik əmsalı sıfırdan əhəmiyyətli fərqlənirsə əmtəələr istehlakı qarşılıqlı əlaqəlidir, çünki birinə tələbin həcmi digərinin qiymətinin dəyişməsinə reaksiya verir.



Yüklə 132,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin