Xərclərin ümumi məbləği = Qiymət x tələbin həcmi (3.3)
Yuxarıda istifadə etdiyimiz şərti misala uyğun olaraq xərclərin ümumi məbləği hesablanılaraq 3.2 cədvəlində verilmişdir.
Cədvəl .2.
Tələbin qiymətə görə elastikliyi və xərclərin ümumi məbləği
Qiymət, manat
|
Tələbin həcmi, min ədəd
|
Tələbin qiymətə görə elastikliyi
Isj, /
|
Xərclərin ümumi məbləği, min manat
|
22,50
|
10
|
9,00
|
225
|
20,00
|
20
|
4,00
|
400
|
15,00
|
40
|
1,50
|
600
|
12,50
|
50
|
1,00
|
625
|
10,00
|
60
|
0,67
|
600
|
5,00
|
80
|
0,25
|
400
|
2,50
|
90
|
0,17
|
225
|
1,00
|
96
|
0,04
|
96
|
0,00
|
100
|
0,00
|
0
|
Cədvəlin məlumatları göstərir ki, xərclərin ümumi məbləği əvvəl artır, sonradan isə qiymətin aşağı düşməsi ilə azalır. 3.3 düsturu qiymətin dəyişməsinin məcmu xərclərin ölçüsünə təsirinin üd nəticəsini əks etdirir. Qiymət aşağı düşdükcə, düsturun birinci həddi azalaraq, xərclərin ümumi məbləğini azaltmağa səy göstərir. Lakin qiymətin aşağı düşməsi ilə tələbin həcmi artaraq, məcmu xərcləri yüksəltməyə səy göstərir. Həqiqətdə xərclərin ümumi məbləğinin artması və ya azalması tələb həcminin artmasının daha kiçİk qiymətin təsirinin kompensasiya etməsindən asılıdır
Hər hansı əmtəəyə tələbin elastikliyi vahiddən böyük olduqda, qiymətin kiçik azalması həmin əmtəəyə xərcləri artırır; tələbin elastikliyi vahiddən kiçik olduqda isə qiymətin az dəyişməsi xərclərin ümumi ölçüsünü ixtisar edir.
Əlbəttə belə nəticə həqiqətə uyğundur. Tələbin həcminin artmasının ümumi ölçüsünə qiymətin azalmasının təsirinə üstün gəlməsi üçün tələbin həcmi qiymətin dəyişməsinə çox həsas olmalıdır. Tələbin elastikliyi nə qədər yüksək olarsa, tələbin həcmi qiymətin dəyişməsinə o qədər həsasdır. Tələbin elastikliyi və gəlirin dəyişməsi arasındakı əlaqə o qədər vacibdir ki,o, tələbin elastikliyini xarakterizə edən terminologiyanı təyin etmişdir. Əgər tələbin qiymətə görə elastikliyi vahiddən çoxdursa tələb elastikdir. Qiymətə görə elastiklik vahiddən kiçikdirsə, tələb qeyri-elastikdir. Əgər elastiklik vahidə bərabərdirsə, tələb fərdi elastikliyə malikdir.
Cədvəl 3.2-dən görünür ki, 12,50 manatdan yüksək qiymətlərdə tələb elastikidir, ondan aşağı qiymətdə isə qeyri-elastikdir. 12,50 manat qiymət tələbin fərdi elastikliyinə uyğun gəlir.
Tələb əyrisi xətti xarakterli olduqda, qiymətin dəyişməsi ilə xərclərin ümumi məbləği necə dəyişir? Qeyd etməliyik ki, tələb elastik olduqda, qiymətin ixtisan həm tələbin həcmini, eləcədə xərclərin ümumi məbləğini artınr. Tələb qeyri -elastik olduqda, qiymətin azalması tələbin həcmini artırmaqla bərabər məcmu xərclərin aşağı düşməsinə səbəb olur. Çünki tələbin həcmi qiymətin dəyişməsinə çox həssas deyildir və ona görə də daha az qiymətdə xərclərin ümumi məbləği azalır. Tələb fərdi elastikdir- sə, qiymət 1% azaldıqda tələbin həcmi 1% artacaq, deməli qiymət və tələbin həcminin hasili ilə təyin olunan xərclərin ümumi məbləği dəyişməz qalacaqdır. Tələbin həcmi 1%-dən çox artdıqda xərclərin ümumi məbləği artır, 1%-dən az artdıqda isə məcmu xərclər aşağı düşür. Beləliklə, tələb əyrisi üzərində fərdi elastrk- liyə uyğun olan bölüşdürücü nöqtədən aşağıda qiymətin ixtisarı xərclərin ümumi ölçüsünün azalmasına səbəb əlur.
Beləliklə, qiymətin dəyişməsi və əmtəəyə istehlak xərcləri arasında əlaqə tələbin qiymətə görə elastikliyindən asılılığmı cədvəl
- ün məlumatları təsdiq edir.
Cədvəl 3.3.
Dostları ilə paylaş: |