Tələbin elastikliyi və xərclərin ümumi məbləği
Qiymətin dəyişməsi
|
Tələbin qiymətə eörə elastikliyi
|
1-dən yüksəkdir (elastiki)
|
1-ə bərabərdir (fərdi elastiki)
|
1-dən kiçikdir fqevri-elastiki)
|
Qiymət artır
|
Xərclər azalır
|
Xərclər dəyişmir
|
Xərclər arür
|
Qiymət azalır
|
Xərclər artır
|
Xərclər dəyişmir
|
Xərclər azalır
|
Bəs gəlirin ümumi ölçüsünü necə maksimallaşdırmaq mümkündür?
Yuxarıda qeyd etdik ki, istehlakçıların əmtəələrə xərclərinin ölçüsü satıcılar tərəfindən alman gəlirin ümumi məbləğinə bərabərdir. Deməli, tələbin elastikliyi qiymətin dəyişməsinin satıcıların gəlirlərinə təsirini aşkar etmək üçün fəvqalədə faydalı konsepsiyadır. Cədvəl 3.2 - dən görünür ki, gəlirin həcmini fərdi elastiklik nöqtəsində mövcud olan 12,50 manat qiymətində mak- simallaşdırmaq olar. İstənilən bundan yüksək qiymətdə isə idarə- edici gəliri qiyməti aşağı salmaq yolu ilə; istənilən daha kiçik qiymətdə gəlirin artırılması qiymətin artırılması ilə mümkündür. Deməli, nəticə ondan ibarətdir ki, xərclər və gəlirlər elastiklik vahidə bərabər olan nöqtədə maksimaldır.
Tələbin gəlirə görə elastikliyi.
Məlumdur ki, istehlakçıların gəlirlərinin səviyyəsinin dəyişməsi istənilən əmtəə və ya xidmətə tələbin həcmini bütün qiymətlərdə dəyişir və tələb əyrisini sürüşdürür. Gəlirin dəyişməsinə tələb həcminin həsashğı, yəni gəlirin dəyişməsi nəticəsində tələb əyrisinin sürüşməsinin son kəmiyyəti tələbin gəlirə görə elastİkliyinin köməyi ilə ölçülür.
Gəlirə görə tələbin elastildiyi gəlirin 1% artmasının təsiri ilə əldə olunmuş tələb həcminin faizlə dəyişməsidir.
Tələbin gəlirə _ t^l^b həcminin faizlə dəyişməsi görə elastildiyi gəlirin faizlə dəyişməsi
(3.4)
Gəlirin artması ilə normal əmtəələrə tələbin həcmi yüksəlir, aşağı keyfiyyətli nemətlərə isə tələb azalır.
Bu qmp nemətlər və ya əmtəələr tələbin gəlirə görə elastikli- yi ilə xarakterizə oluna bilərlər. Normal nemət (əmtəə) elə əmtəədir ki, ona tələbin gəlirə görə elastikliyi müsbətdir; aşağı keyfiyyətli nemət isə elə nemətdir (əmtəə) ki, ona tələbin gəlirə görə elastikliyi mənfidir. Deməli, gəlirin artması ilə aşğı keyfiyyətli nemətlərə tələbin həcmi ixtisar olunur.
Gəlirə görə tələbin elastikliyi anlayışı zinət əşyaları və ilk tələbat mallan arasında fərqlərin müəyyən edilməsində də faydalıdır.
Zinət əşyalarına tələbin gəlirə görə elastikliyi vahiddən böyükdür. İlk tələbat əşyalarına tələbin gəUrə görə elastikliyi vahiddən kiçikdir.
Əgər tələbin gəlirə görə elastikliyi 1-dən böyükdürsə, başqa şərtlər dəyişmədikdə, gəlirin 1% artımı tələbin həcmini, 1-dən çox artırır. Qiymətlərin fiksə edilmiş olduğu halda, həmin əmtəəyə xərclərin ümumi məbləği də 1%-dən çox artacaqdır. Beləliklə, zinət əşyalarına düşən istehlak xərclərinin payı gəlirin artması ilə yüksəlir. Bu halda ilk tələbat əşyalarına istehlak xərclərinin payı azalır. Ölkə varlı olduqca, ucuz və aşağı keyfiyyətli əmtəələr istehsal edən sahələr ixtisar olunur, ilk tələbat malları istehsal edən sahələr orta tempdən aşağı, zinət əşyaları istehsal edənlər isə orta tempdən yüksək sürətlə inkişaf edirlər.
Tələbin gəlirin dəyişməsinə reaksiyası cədvəl 3.4 - də verilmişdir.
Cədvəl 4.
Təlabin galirin dayişmasina reaksiyası.
Əmtəənin növü
|
Təyin edici səciyyəsi
|
Gəlirə görə elastikliyi
|
Gəlir artması ilə büdcədə payın dəyişməsi
|
Misal
|
Normal əmtəələr
|
Tələbin həcmi gəlirin yüksəlməsi ilə
|
Müsbət
|
Arta və ya azala bilər
|
Geyim
|
Zinət əşyaları
|
Tələbin həcmi gəlirə görə böyük nisbətdə artır
|
Vahiddən böyük
|
Artır
|
İdman malları
|
İlk tələbat əşyaları
|
Tələbin həcmi gəlirə görə kiçik nisbətdə artır
|
Vahiddən kiçik
|
Aşağı düşür
|
Qida
|
Aşağı keyfiyyətli əmtəələr
|
Gəlirin artması ilə tələbin həcmi
aşağı düşür
|
Mənfi
|
Aşağı düşür
|
Aşağı keyfiyyətli ayaqqabı
|
Qeyd edək ki, idman malları (3,6), taksi xidməti (2,8) və tibbi xidmət (1,90) tələblərinin gəlirə görə elastikliyi yüksəkdir.
Dostları ilə paylaş: |