Bir gun bi padşahın qolunnan yara çıxır. Nə qədər eliyillər həkimlər, əlac olmur. Deyillər axır bı kəsilməlidi. Olmasa, yoxsa bu yara yuxarıya qədər qalxacağ. Biləhdən bir az aşağıya kəsillər. Padşah da vəziri çağırır, deyir ki, bəs mən padşaham axı, bu ayıbnan mən necə olum? Bəs sən mənə təcili bi dənə qol tap. Nə qədərdisə, verək, amma mənim qolum yerində olsun. Mən camaatın qabağına çıxıram axı. Bələ olmaz, qolsuz padşah. Vəzir çıxır ora, bıra, görür əə, heç kəs qolun vermək istəmir. Nə qədər, məsələn, ağırrığı qədər qızıl veririk, heç kəs razılaşmır. Birdən görür bi nəfər boynun büküb tində dayanıb, indi kimisə gözdüyür, nədi. Yaxınnaşır bına. Deyir:
– Qardaş, nə işnən məşğulsan?
Deyir:
– Heç, elə-belə dayanmışam burda.
Deyir:
– Baxıram ki, kasıb adama oxşuyursan. Pula ehtiyacın var?
Deyir:
– Hə, niyə yoxdu ki.
Deyir:
– Məsələn, qoluvu biləhdən aşağı verərsən, onu tərəziyə qoyacıyıx, ağırrığı qədər qızıl verəciyik.
Deyir:
– Hə, niyə vermirəm ki.
Aparıllar bının sağ əlin kəsillər, tərəziyə qoyullar, nə qədər gəlirsə, o qədər qızılı verillər, bı da çıxır gedir. Gətirillər padşahın qoluna tikillər, padşahın əli olur normal. Aradan bir az keçir, padşah deyir ki, vəzir, mən çox sıxılıram, bi çıxağ gəzək. Çıxıllar, gəzillər. Görüllər əə, gözəl bir yeməkxana. Deyir ki, vəzir mən heç bırda olmamışam. Gəlsənə burda bir yemək yeyək. Oturullar yemək yeyəndə, divarda gözəl bi dənə şamdan var imiş. Çölə çıxanda bı padşah əlin atir şamdanı qoyur qoltuğunun altına, vəzir görür bunu. Amma üzə vurmur. Heç bi şey demir. Bi müddət keçənnən sora şah deyir:
– Vəzir, yenə sıxılıram, gəlsənə yenə bir çıxağ gəzintiyə.
Çıxıllar, gəzillər, ora, bıra, olur axşam. Geri qayıdanda görüllər bi gözəl imarətdi. Evin qapısın döyüllər. Qonağ saxlıyarsüz? Deyillər:
Gətirillər bunu evə qonax, yeyillər, içillər, görüllər ki, gələn qablar, qaşıxlar hamısı gümüş. Qabların qıraxları qızıl suyunnan çəkilmiş. Elə sağ ol, sağ ol. Səhərə yaxın bılar qalxmağ istiyəndə, padşah əlin atır, üc, dörd dənə qaşıxdan tez götürür. Bunu vəzir görür. Dözə bilmir, deyir:
– Şah sağ olsun, bi şey deyəcəm.
Deyir:
– Vəzir, de.
Deyir:
– Valla, qorxuram qəzəbin tuta.
Deyir:
– Yo, qorxma, de.
Deyir:
– Padşahım, bir vaxt çıxdığ, şamdanı oğurradın. İndi də çıxdığ, gümüş qaşığı oğrradın. Bunun axı qiyməti nə olacağ. Sənin xəzinəndə bi ovuc qızıl, bu oğurradıdığın şeyin hamısın edər. Halbuki, sənin xəzinəndə milyon ovuc qızıl var. Bi də sən padşah, axı bu sənə yaraşmaz da.
Deyir:
– Ay vəzir, valla, bu dərd məni götürmüşdü, mən də sənə bunu danışmağ istiyirdim. Utanırdım. Amma valla, heç özüm də bilmirəm nətəri şeydi bu. Elə belə çıxanda gözüm sataşan kimi, əllərim qeyri-ixtiyari gedir o şeyləri götürməyə. Özumnən asılı deyil də. Burda nəsə bir hikmət var. Vəzir deyir:
– Düzdür, indiyə qədər belə bir şey olmamışdı.
Vəzir həmən çıxır, axtarır həmin adamı, görür yenə qolu kəsik durub elə o küncdə.
– Yadındadı, qoluvu kəsib ağırrığında da pul verdik? Neynədin o pulları?
Deer:
– Heç nə, qumara-mumara verdim, getdi.
Vəzir deer:
– Sənə yenə pul verəcəm, amma mənə deməlisən ki, sən əvvəllər nə işnən məşqul olmusan? Hansı sənətin sahibi olmusan?
Deer:
– Heç nə, elə belə küjdə dururdum, gələn-gedənin hərdən cibinə girirdim. Ya biri yanımda dayananda onun cibinə girirdim. Əlqərəz oğurruxnan məşqul idim.
Vəzir deyir həəə, məlumdur. Demək bu o deməkdir ki, vərdiş eliyən əl işinnən qalmaz. İstər padşah olsun belə. Oğru əli ki, sənə yamağ oldu, yenə də oğurruğ eliyəcəysən.