Deməli, günlərin bir günü deyillər ki, şahın beynində əqrəb var. O, əqrəbi onun beynindən götürmək lazımdır. Öz də elə götürmək lazımdır ki, beyni zədələnməsin. Hamı yığışır gəlir, deyillər ki, yox ee, bu əqrəb burdan götrülsə, onun beyni mütləq pozulacaq.
Xəbər gedir Loğmana. Gətirillər Loğmanı, deyir hə, mən götürərəm. Deməli, beynin yarır bunun, o maqqaş olur eee, dəmir, onnan o əqrəbi ordan götürmək istiyir. Sən demə, şagirdi də yuxarıdan baxırmış. Hə görür ki, Loğman pinsetnən yapışdı, qaldıracaxdı, o da ayaxlarınnan zədələyəcək da beynini. Deyir ki, ustad qızdır onu, qızdır. Qızdırır, əqrəbin üstünə vuran kimi, əqrəb ayağlarını açır. Açan kimi, onu ordan götürür. Beyninə də heç bir şey olmur. Çıxannan sora deyir ki, yox sən artığ mənnən gəlmə, sən çox böyük həkimsən. İki qoçun başı bir qazanda qaynamaz. Çünki mən bilmirdim ki, isti bir şey vuranda, əqrəb ayağlarını açar.
Dostları ilə paylaş: |