Masalli folkloru 2


Vərdiş eliyən əl işindən qalmaz (2)



Yüklə 1,65 Mb.
səhifə121/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   117   118   119   120   121   122   123   124   ...   189

Vərdiş eliyən əl işindən qalmaz (2)



Deyir iki yoldaşıymışlar, yolnan gedirmişlər. Bir-birin­nən söhbət eliyirlərmiş. Bunnardan biri oğruymuş, biri düzüy­müş. Belə olur ki, pədşah buları qonaq cağırır. Qonaq cağırır əvinə. Biyanə kecir bu oğru, bi şeyi oğruyur, o yanə ke­cir, bi şeyi oğruyur.

Pədşah buna işgəncə verməkçün bunu atdırır zindana. Belə olur ki, bi gün pədşah yıxılır, qolu sınır. Aparılar bunu həki­mə. Həkim nə qədər dərman eliyir, əlac olmur. Axırda pədşahın əlin kəsir. Vəzir diyir:

– Nə ğayırax, nə ğayırax. Pədşah xəbərdar olunca, nə ğayırax.

Həkim diyir:

– Zindandakılardan birinin biləyin kəs, gə tikək bunun qolunun yerinə. Vəzir gedir, ölümə məhkum olunmuş bi nəfə­rin əlin kəsir, gətirir. Deməmiş, bu əl oğrunun əliymiş. Gə­ti­rillər, bunun əlini pədşahın əlinə tikillər.

Pədşah sağalır, daha bilmir bu əl onun öz əlidi, yoxsa baş­qasının əli. Bi gün pədşah vəzirnən səfərə gedirmişlər. Sə­fərə gediblər bir ayrı pədşahın ölkəsinə. Bunlar gəziblər, do­la­nıblar, məsələn, bu qonşu pədşah buna göstərib ki, mənim belə varım, belə dövlətim var. Vəzir görür pədşah arada əlin atır qızıl götürür qoyur cibinə. Vəzir xəcalət cəkir ki, bu nə ğa­yırır. Pədşahın varı-dövləti azdımı?! Bi yanə kecir xoşu gələn gülü götürür, bi yanə kecir xoşuna gələn yaylığı gö­türür, çuxanın altına salır ki, arvadım örtər, pədşah özü də bun­dan xəcalət çəkir, utanır. Axırda pədşah özü-özünnən ba­cara bilmir, elə əli nə yaxşı şey var, götürür. Bu diyir:

– Vəzir! Bu nə işdi, mənim bu əlim dayanmır. Özüm də xəcalət çəkirəm, mənim bu əlim helə öz başına işdiyir. Bunu sən mənə ayan elə burda.

Gəlirlər bunun qolunu aparis eliyən bu həkim yanına. Hə­kim dad eliyir ki, vallah, billah bunu vəzir gətirdi, bi dənə əl. Sənin biləgin burdan sınmışdı, vecə gəlmirdi. Biz də kəs­dik sənin əlivi atdıq o yana, bu əli yerinə tikdik.

Diyir:

– Əə, vəzir! Sən nə əl gətiribsən?

Diyir:

– Bəs, şah sağ olsun! Mən gəldim zindanda bi adama pul verdim, dedim filan qədər səə pul verirəm, qızıl verrəm əlin burdan bu yanasını kəs ver mənə.

Dedi:

– Ala, verdim.

Həə, bunu orda zindanda soraqlaşırlar ki, bu adam oğru olub. İndi bunun əli oğru əlidi də, pədşahın əlinə tikiblər. Da­yanmır axı, oğru şeydi də. Öyrəşən əl dinc durmaz axı.

(Bunu rəhmətlik qağam hərdən bizə danışardı) .


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin