Deyir günnərin bir günüdü, İsgəndər şah o yer qalmadı ki, dərə, təpə gəzməsin. Getdi çıxdı dəryaya. Köçü saldı dəryanın qırağında. Əmr verdi qoşuna, bu dəryadan gündə on vedrə gətirib tökərsiz bura. Bular başladı, beş gün, üç gün. Xəbər getdi balığların şahına. Bura köç gəlib tökülüb. Deyəsən bu dəryanı qurudacaxlar.
Dedi:
– Nağayrır o?
Dedi:
– Gündə adama on vedrə, iyirmi vedrə su aparır tökür qırağa.
Dedi:
– Deyin ki, nə istiyir.
Gəldilər xəbər verdilər ki balığlardan xəbər gəldi nə istiyirsən?
Dedi:
– Badxaracın ver, verməsən, bu dəryanı qurudacam.
Şaha getdi əmir çatdı. Xəbər çatandan sonra balığların şahı başladı dedi ki, hə, İsgəndər dedi ki, mənə dərya lölündən, qızılından, gümüşündən, briliyantından ver mənə küllü miqdarda. Balıxlara əmr verildi, balığlar da düşdülər harda gümüş var, harda qızıl var, doludu dənə, gətirdilər, tökdülər fəhlələr daşıdı, yığdı qızılı. Daşıyıb yığandan sonra bir il keçdi, getdi, az getdi, çox getdi ordan dəryadan köçün çəkdi. Çəkəndən sonra yolun bi tərəfində bunu xəstəlik tutdu, ağrı tutdu. Həkim, təbib qalmadı, buna əlac eliyə bilmədilər.
Dedi:
– Mən ölürəm, gedirəm.
Mollalar qabağda, onun dalından bir dəstə qoşun, onun dalından bir dəstə atlı, onun qabağından bir dəstə həkim helə-helə beş dəstəyə bölünüb mənim nəşimi aparın anama. Mollaynan qaytarmağ olsaydı mollaynan qaytarardım, həkimnən qaytarmağ olsaydı, həkimnən qaytarardım. Həmi gözü açığ qaldı, həmi əli qaldı çöldə.
Çox getdilər, az yol getdilər, getdilər çıxdılar vilayətə. Yolda mənim kimi qocaya rast gəlirlər.
Dedi:
– Nə işdi, nədi?
Dedi:
– İsgəndər şah ölüb, nə gözü yumulmur, nə əli yumulmur.
Bu getdi bir az torpağ götürdü, tökdü gözünə, əllərinə. Əlini çəkdi, gözləri yumuldu.
Anasına vəsiyyət eləmişdi mənim yeməyimi, ehsanımı kefqom adamlara aparıb verərsən, harda kefqom var, yetim- yesirə yox. Aparıb elə adama verərsən ki, həddindən artıq adamlar olsun. Üç gün bu meyidi qoydular qaldı. Ana deyir, yox, mən yemiyəcəm, mən özümü öldürəcəm. Gətdilər orda belə baca qoydular, usdən aşağı, arvadı da qoydular bacanın yanına. Arvad yatar orda İsgəndərin yanında. Arvad iki gün qaldı ac, üç gün, gördü yox, imkan yoxdu, ölürəm. Ora da çörək qoyublar düz bacanın ağzına, elə ayağını qoyub sinəsinin üstünə İsgəndərin, qoyub qalxanda çörəy götürməyə yanında qarçuxa.
Deyir:
– Sənin bura cıxmağa yerin yoxdu.
Düşürtdülər, çörəyini yedi.
İsgəndərin malından, dövlətindən yüklədi dəvəyə, dəvəynən düşdü diyarbadiyar, ay, burda kefqom kimdi, dərdi səri olmuyan kimdi, hey çox getdi, az getdi, bir gün getdi, iki gün getdi, üç gün getdi, gördü bi küləfrəngidə bir cavan oğlannan bir cavan qız. Qız çalır, oğlan oynuyur, oğlan çalır, qız oynuyur. Hər ikisi kefdədi.
Deyir həə, adə, saxlıyın, saxlıyır.
Deyir:
– Sənin dərdin-sərin yoxdu?
Deyir :
– Nə dərd-sər, görmürsən burda mən kefdəyəm.
Day xəbəri yox oyannan.
Dedi:
– Gələ, bala.
Dedi:
– Hə elə sənin gətirdiyini biz yiyəcüy.
Axşamçağı gün batırdı, batmırdı, hava qaralanda, həmən bu cavanın qara qulu varıydı, həmən gəlin, səhərdən burda şıllaxlıyan, qoşuldu qara qula getdi. Getdi o birsi otağa, bu qaldı bu otağda.
Dedi:
– Ana.
Dedi:
– Hə.
Dedi:
– Bu mənim əmim qızıdı, doğma əmi qızı, əmi oğluyuğ. Əhd eləmişik evlənəndə sən ölsən. mən arvad almıyım, mən ölsəm, sən ərə getmə.
Vaxt gəldi çatdı, sən gəldin ölüm halına, ölürsən, sən üstündən buracan qara çəkdilər. Sənin üstündən qara çəkəndən sonra mən qaldım məcbur qarşısında, qaldım, getdim həkimə. Getdim, kişiliyimi yerinnən kəssirmişəm, hes sadım yoxdu. Gündüz mənimdir, burda çalıb-oynamağa, gecə qara qulun. Kef onundur. Ana mənim dərdim budur. Dərtsiz adam mənəmsə, mənim də dərdim budu
Onu özü də adlandırırdılar rəhmətlik Allahşükür Gülnən samavar nağılını danışardı. Onun adını qoymuşdu Gülnən samavar.