Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə115/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   111   112   113   114   115   116   117   118   ...   189

Müdrik qoca



Şah Abbas özi demək İsfahanda şah olub. O çağacan onun azərbaycanlı olduğunu heç kim bilməyib. Onda padşah­lığ İsfahanda olub, Tehrana sora gəlib. Necə bizdə Bərdə olub, sora gəlib Bakiya. Şah Abbas gəlib, onu heç kəs bilmiib. Ərdəbildəndi, azərbaycannıdı. öz də seyiddi. Bı dəssə adam gə­lib, bıların içində bi dənə qoca gəlib. Sah soruşub bunnan ki, qardaşdar barışdı ?

Deeb:

– Xeyr, qaldı qiyamata.

Deer:

– Məyər, məyər?

Deeb :

– Dəliyəm məgər?

Biy az da qalar bırda bı vəzir bının nə adın xəbər alar, nə kəndin xəbər alar, hes sad. Gedəndə dodağının altında mıqqıldar ki, Ərdəbilin eşşəyləri gəldi getdi. Şah Abbas eşidər bıni. Deyər, o qoca nə dedi ?

Deyər, bilmirəm.

Deer:

– Örgənməsön, boynuu vuracam.

Atın minəndə deyər :

– Özüynən qızıl götir, pul götür o, sənə havayı söz deməz o qoca.

Hey-hey gedər, çatar.

Deyər heyvan özünsən, bir həftədi sənin sarayudayam mən, məni nöş xəbər almiyibsən, kəndimi, özümü nöş xəbər almiyibsən? Deeb yaxşı, o şah sənnən soruşdu ki, qardaşdar?

Deeb:

– Üç yüz min tümən ver, deem.

İndi verim sora itəliyib salaram yerə alaram də. Fi­kirrəşir. Day demir ee qoca gör başıma nə oyun gətirəcək.

Bəli, alar deyər ki, olar Məğrib padşahınnan Məşrib pad­şahıdır. Hər 36 ildən bir gəlillər görüşməgə, görüşə bil­meel­lər qalır qiyamata.

Deer:

– Bə məyər, məyər?

Deer:

– Dəliyəm məyər?

O nədi?

Dedi:

– Altı yüz tümən ver deyim. Həmin pulu alar qoyar hey­bəsinə. Onnan sora deyər:

– Nəbadə, nəbadə kəlami ilahini ucuz satasan. Allahın kə­lamını sənnən soruşmamış özbaşua danışıb satmiyasan. Qoy sənnən soruşub issəsün, sora danışasan.

Deeb yaxşı, bı durduğumuz yer haradı, ba bıra aya­ğımızın altı?

Deer:

– Dünyanın ortasıdır, inanmeersan sana, ölç. Ölçə bilmi­yəcək ki.

Deeb, yaxşı ulduzzarın sayi nə ğadadı?

Deer:

– Eşşəgimin tükünün sayı qədər. Bını da saya bilmi­yə­cəy ki.

Deeb yaxşı:

– Allah haradadur?

Qoca bırda fənd işdədib.

Deeb:

– Şah, qibleyi aləm sağ olsun, Allahnan gərək uca yerdə danışasan, mərifətnən, qabiliyyətnən danışasan. Allahnan hər yerdə danışmaq olmaz. Məni mindir o ata, öz də heybəsi də o atın üstündədi.

Mindirər, indi heybəmi də bağla, bağliyər. Deyər o qır­mancı da ver mənə, verər. Ciloyu da alaratı sürər. Deyər, o Al­lah gör nə gözəl Allahdir ki, səni atdan salıb eşşəyə min­dirdi, məni eşşəydən endirdi qaldırdı ata. Kişi suyu süzülə-süzülə çıxıb gedir evə. Şah deyir hə, hələ o Ərdəbilin qocası idi, gör indi bıların cavanı adamın başına nə oyun gətirər. On­nan sora bildilər ki, şah Ərdəbildəndi.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin