Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə31/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   27   28   29   30   31   32   33   34   ...   189

Yumurta davası



Lələm deyərdi, tarlada qarolçuyam. Əlabbasnan da Əli­baba gəliblər qəbir üstə. İndi bular nöbeynən səhərə qədər Qu­ran oxumalıdılar. Gəldim atı bağladım, girdim buların çadırına, oturdum. Əlibala 2 əlini də qoyub başının dalına yatıb. Əlabbas da manqalı yandırıb, xeyli yumurtanı da düzüb qırağına. Deeb ə yaxşı gəldün, gəl biraz sən də oxu mən də yatım. Deer, dedim yumurtadan 5 dənə ver oxuyum. Dedi, 2 dənə. 2 dənə götürdüm, baxdım hələ yerdə 10-12 dənəsi də du­rur. Dedim, öz-özümə bunun hamısını Əlabbas yedigcən yatacağ, istirahət eliyəcək. Yumurtanı əlimdə belə-belə oyna­dıram. Əlabbas işarə elədi, molla Əlibalanı göstərdi. İşim ol­madı bunnan. Əlabbas yumurtanın birini götürdü vurdu düz Əlibalanın alnının ortasından. Da başdadıx biz bir-birimizə, yumurta davası düşdü çadırın icində. Bu ona, o bına, bı ona, Əlibala söyə-söyə çıxdı getdi. Əlabbas dedi:

Qəhrəman, mənə iş aşdun sən. Otu burda, gedim Qulamhüseynin qızını gətirim, buranı bir az təmizdəsin.

Mən də qaldım orda. Süb namazınnan sora idi, silib tə­miz­diyib heç nə yoxdu. Bi də gördük qəbirsannığın qapısı açıldı. Rəhmətdik molla Niftulla, Əlibalaynan gəlir. Niftulla başını saldı çadırın içinə baxdı-baxdı. Deer, dedim:

– Baba, nooolub?

Deer, dedi ki:

Hessad eee, bu dəli deer axı məni yumurtaynan vurublar.

– Nə yumurta? Baba, o dedi ki, heyvanım bozduyur, sən gəlmisən bura otur, Quran oxu. Mən də gedim Əlabbasnan heyvana baxıb gələk. Səni yalannan gətirib bura.

Elə durdux onun üzünə ki, yazığın. Deer, molla Niftulla qayıtdı tüpürdü onun üzünə.

Dedi:

– Ə, mən qoca kişi, məni niyə yola vurubsan? Utan­mırsan?

Nəisə bax belə.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin