Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə32/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   28   29   30   31   32   33   34   35   ...   189

Mülayim olmayıb sərt olsa....



Biri oğlunun nişanı üçün bir neçə nəfərə qız evinə get­məyi təklif edir. Ev yiyəsi gələnləri siyahı eləyir görür ki, adam hələ azdır, əmisi oğlu Ləlişə də uşaq göndərir. Nişana ge­də­cəklər deyirlər ki, gərək Ləlişə deməyəydin, ağızdan çox pərto­du. Ev yiyəsi deyir ki, yox Ləliş mənim doğma əmim oğludur.

Qız evi o biri kənddə imiş. Arabalara əyləşib çatirlar qız evinə. Mübarəkbazlıqdan sora yemək-içmək başlayır. Qız yi­yəsi imkanlı olduğundan hər cür taamlar verir qonaqlara. Ye­məkdən qarnı xoşallanan Ləliş əmisi oğlundan, yəni oğlanın atasından soruşur ki, gəlinin adı nədir. Oğlanın atası deyir ki, Ləliş qabağında yeməyini ye, sənin nəyinə lazımdır. Ləliş qır-saqqız olur ki, gəlinin adını niyə demirsiz. Əmisi oğlu görür ki, Ləliş inciyir, qayıdır onun qulağına ki, gəlinin adı Mü­layimdir.

Ağzında cücənin bıdını çeynəyən Ləliş pah, deyib qayı­dır əmisi oğluna bərkdən:

– Ay əmioğlu, gəlin Mülayim olmayıb sərt olsa bizim filan şeyimizi yeməyəcək ki...


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin