Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə42/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   38   39   40   41   42   43   44   45   ...   189

Çimməkdən uzun çəkdi



Birinin xəstəsi olur. Xəstəni qoyur maşına, rayon mər­kə­zinə xəstaxanaya aparır. Həmin şöbənin həkimi iş yerində olmadığından onun evinə gedirlər. Həkimi soruşurlar, xanım cavab verir ki, həkim əl-üzünü yuyur. Gözləyin, qurtarsın xəs­təyə baxar. Həyətdə xeyli dururlar. Xəstənin nıqqıltısı yed­di qonşuya çatır. Xəstə yiyəsinin səbri tükənir. Özünü salır həkim əl-üz yuyan yerə. Baxıb görür, yarım soyunan hakim bu­­rada özünə bir dəsgah açıb gəl görəsən, yanında cürbəcür şan­punlar, diş pastaları, ayrı-ayrı sabunlar və ilaxir. Fitə, dəs­mal hələ başqa-başqa şeylər. Həkim də nöbə-nöbə hamısından istifadə edir. Həkim bunu görsə də, diqqət eləmir öz işini da­vam etdirir. Xəstə yiyəsi lap əsəbləşir, öz-özünə fikirləşir, gü­nün günorta vaxtı hara getsin, məcbur olur yenə gözləsin. An­caq bir az da gözlədikdən sora özünü saxlaya bilmir, qayıdır həkim əl-üzünü yuyan yerə. Görür ki, həkim hələ indi keçib gül şampuna. Hövsələdən çıxan xəstə yiyəsi birdən bağırır:

– Allah sənin bağrıvı çatlatsın, mənim bağrım çatladı, sənin əl-üz yumağın çimməkdən uzun çəkdi ki...


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin