Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə108/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   104   105   106   107   108   109   110   111   ...   189

Şah Abbasla vəziri



Şah Abbas vəziriynən çıxır bir gün ölkəsini gəzməyə. Görüm ölkədə nə var, nə yox, vəziyyət necədir? Gecə idi, bir az da vaxt keçmişdi, görür ki, hər tərəfdə işığlar sönüb, hamı yatıb. Şah Abbas vəzirnən xeylağ gəzdi, uzağdan gördi bi də­nə evdə işığ yanır.

Deyir:

– Vəzir, gedəy ora.

Gəldilər gördülər məçiddi, 3 nəfər oturub, şam yandırıb­lar, oturublar.

Vəzir dedi:

– Əşi, gəzən adamlardılar, gəlib oturublar, çıxay gedəy.

Şah dedi:

– Yooo, vəzir, mən gərək biləm axı bılar bırda niyə otu­rub bı gecə vaxtı, kimdi axı bılar? Mənim ölkəmdə gəzillərsə, mən bilməliyəm kimdi bılar.

Girillər içəri.

– Salam əlöyküm.

– Əlöyküm salam. Olar?

– Gəlün.

Bılar da gəldilər, oturdular. Söybət bi tərəfə, o tərəfə, Şah Abbas dərviş paltarındadı, vəziri də.

Sual elədi. Yaxşı, siz kimsüz, gəlün tanış olağ. Olmuşuğ 5 nəfər sabayınnarı bir-birimizə rast gələndə biləy də sənin adun nədi, mənim adım nədi, nə işnən məşquluğ fılan. Tanış olağ.

Biri belə başdadı, dedi:

Mənim bir xasiyyətim var, Allah tərəfindən mənə ve­ri­lib. Bir adamı əgər bu gün görsəm, ömrümdən əgər 100 il keçsə, 100 ildən sora da onu görsəm, tanıyaram.

Bı dedi:

– Ədə, nə yaxşıdı bu.

İkincisi dedi:

– Nətər bağlı qıfıl olsa, baxsam, o qıfıl acılacaq.

Dedi:

– Bu da yaxşı.

Ücüncüsü dedi:

– Hansı həyətə getsəm, it hürsə, bilərəm ki, it nə danışır.

Dedi:

– Bəs sənin işin nədi?

Dedi:

– Mənim də iki dənə yaxşı xüsusiyyətim var. Sağ bığı­ma əlimi çəkdim xoşbəxtliydi, sol bığıma əlimi çəkdim, hə, orda dəhşət fəlakət baş verər.

Bəli, vaxt keçdi. Dedilər, uzanağ yatax. Bəli bıları yuxu­ya verdi, vəzir qarışığ çıxdılar gəldilər.

Dedi:

– Vəzir, tanıyırsan olar hansı məçiddə idi? At göndər, oları gətizdir.

Sübh çağı bılar oyanmamış, gəldilər məçidin qabağında bıları yaxaladılar. Bəli, indi aparıllar. İndi bir-birinnən bılar soruşullar, ədə, bizim bı iki nəfər hanı?

Dedilər:

– O iki nəfər deyəsən gedib də. Dilənçi idi, gediblər həlbət.

Nəisə, şah bıları yoxlamay isdədi. Özünü göstərmədi.

Gecə düşəndə vəzirə dedi:

– Geyin.

Özu də geyindi, bıları indi sınamay istiyir. Gəldilər indi bıra-ora, bıra-ora, hara gedəy?

Dedi:

– Adə, hansi xəzinədə çox pil olar, şahın xəzinəsində.

Dedi:

– Adə, yox.

Nəisə, şah bıları razı şaldı. Dedi, gedəy. Gəldilər həyətə, it hürdü.

İtin dilin bilən dedi:

– Adə, dayanun.

Dedi:

– Noolub?

Dedi:

– Ədə, o it deyir ki, hara gedirsüz, a bədbəxtdər, ev yi­yəsi siznəndi.

Deer, əə, nə danışır, nə ev yiyəsi, kimdi bizdən ev yi­yəsi? Bı şah belə eliyir ki, başdarını qatır bıların. Yenə bir az hərəkət elədilər, yenə it hürür.

Dedı:

– Əşi, it deyir ki, ev yiyəsi siznəndi.

Dedi:

– Ədə, o it gicəlib ee, sən də düz tapmırsan. Bəli, gəl­di­lər şahın xəzinəsi qıfıllı, bı açara baxan bi dəfə baxdı, qıfıl açıl­dı. Şah gördü hə, bı da dediyi söz düz çıxır. Bəli, yığdilar hərəsi nə qədər bacardılar, çıxıb getdilər. Hələ şəhəri çıxma­mış şah oları tutdurdu yenidən, çıxdı taxta. Bıları indi gətiril­lər, uzağdan bı kişi baxdı gördü, ədə, bı iki gecə biznən olan kişidi, bırda oturub, diqqətnən baxdı, iki gecə olublar axı bir­rik­də. Diqqətnən baxdı.

Şah soruşdu:

– Xeyir ola, nə işdi? Noolub?

Dedi:

– Heeeç, şah sağ olsun, soruşma, sənin kimi hiyləgərin toruna düşdüy bı gecə, bu günə gəlib çıxmışuy da. Şah baxdı ki, bı tanıdı. Çağırdı oları, dedi:

– Balam, sizi bi yerdə saxlamay olmaz, əyər bi yerdə sax­lasam, hansı şəhərə getsöz, siz dağıdarsuz. Hərəsini bi isti­qa­mətə göndərdi ki, gələcəkdə ölkəyə ziyan vurmasınlar.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin