Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə110/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   106   107   108   109   110   111   112   113   ...   189

Zalım şah və qoca



Bi gün bi şəhərin qabağındakı göldə bi dənə beş barmaq əl tapılır. Sudan beş barmağ əl çıxıb, batmır. Xəbər gəlib ölkənin şahına çatır. Şah da vəzirin-zadın, adamların götürüb gedir, görür ki, doğurdan da belədir. Bi dənə əl, beş barmağı da açıq çıxıb qalıb, elə-belə batmır.

Deyir:

– Vəzir, hələ bir dənə adam at ora.

Atıllar, əl itir.

Dedi:

– Hə, elə bi dənə adam üçün gəlibmiş.

Səhər xəbər gəlir ki, o əl yenə ordadır. Hər gün bi dənə adam atıllar ora. Adamı atıllar, əl batır, yenə səhəri çıxır. Be­lə-belə, nöybə çatır bi qoca kişiyə. Onun da aman-zaman bi qız nəvəsi olur, heç kəsi olmur. İndi nöbə çatıb ki, saba bı kişi bı nəvəsini aparmalıdı atmağa suya. Axşam saat 9-da şahın adamları gəlməliydilər. Hamı yığışır, baxıllar bılar yoxdular. Birdən görüllər ki, bi kişi gəlir, ama tək, şahın qanı qaralır, ayə, bı nə deməkdir. Kişi yaxınnaşır, bı şah yapışır yaxa­sın­nan.

– Hanı bə fılan?

Kişi dedi:

– Şah sağ olsun, sən bı şəhərin adamlarının məyər hamı­sı­nı bı bir ələ qurban verəcəksən? Qoy mən mını izah eliyim səninçün.

Dedi:

– Elə.

Qoca üç barmağını göstərir, əl batır. Gözdədilər, gördu­lər yoxdu əl, hamı dağılışır. Bi neçə gün gözdədilər, əl yoxdu ki, yoxdu.

Şah vəzirə dedı:

– Adam göndər o qocanı çağırsınnar. Bi helə-belə deyil. Getdilər qocanı çağırdılar, kişi içəri girəndə bı gülümsündü.

Dedi:

– Nəyə gülürsən?

Dedi:

– Şah sağ olsun, elə-belə, bi şey yadıma düşdü güldüm.

Dedi:

– Qoca, bu nə məsələdi? Bu qədər adamları biz itirdüg, on­­da dillənmədün, sənə nöbə çatanda dilləndün? Bı nədi belə?

Dedi:

– Onda mənə bi dənə kağız ver və yaz ki, mənnən işün olmıyacağ.

Dedi:

– Baş üstə. Yazdı, qolladı, möhürün vırdı, kişi oxudu, bükdü qoydu cibinə.

Dedi:

– Şah sağ olsun, o adam sənin zülmkarlığunnan çox xəbərdar idi, bilirdi ki, sənin kimi zülmkar hələ dünyada yox­du. O çıxdı, beş barmağını bizə göstərdi ki, adə, bı qədər mil­lətin arasında 5 dənə kişi yoxdu ki, bu şahı devirsinnər? Şah durdu ayağa ki, qocaya təpinsin.

Qoca dedi:

– Mənə bax, kağızun var haaaaa.

Dedi:

– Yaxşı, bəs o 3 dənə barmağ nə idi?

Dedi:

– Hə, onun cavabı idi də.

Dedi:

Bizə dedi ki, 5 nəfər adam yoxdu aranızda şahı devir­sin?

Mən də dedım adə, 5 nədi, heç 3 nəfər də yoxdu ki, onu devirsin. Onnan da o qəhr elədi batdı getdi.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin