Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə107/189
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#2296
1   ...   103   104   105   106   107   108   109   110   ...   189

Ağıllı qız



Deyillər Şah Abbasın vəziri Allahverdi xan səfərə çıxır. Yolda bir şəxsə rast gəlir deyir:

– A kişi, yola körpü salaq.

Həmin şəxs deyir:

– Mən kasıb adamam, körpüyə pulum yoxdu.

Vəzir görür kişi avamdı. Bir az gedirlər. Görür ki, cənazə aparırlar, soruşur:

– A kişi, cənazədə aparılan adam ölüdü, ya diri?

Həmin şəxs deyir:

– Meyid ölü olar da.

Üçüncü dəfə bınnar gördülər ki, əkinci arabaya taxıl yükləyib aparır. Deyir:

– A kişi o, taxılı yeyib, ya yeyəcək?

Deyir:

– Aparır yeməyə.

Nə isə, vəzir görür ki, bu kişi heç bir şey anlamadı. Bu zaman vəzir dedi:

– Mən vəzir Allahverdi xanam. Əgər bu dediklərimi üç günə şərh eləməsən, səni cəzalandıracağam.

Kişi qəmgin gəlir evə. Onun bir qızı var imiş. Çox nəza­kətli, ağıllı imiş. Deyir:

– Ay ata, nə olub, niyə qəmginsən?

Deyir:

– Bala, heç!

Qız görür ki, ata narahatçılığını ondan gizlədir, əl çək­mir, kişi əhvalatı şərh edir.

Qızı deyir:

– Ata, get vəzirə de ki, mənim bir qızım var, evimdədi, gəl, o, suallara cavab versin.

Vəzir gəlir. Qız atasına deyilənləri izah edir. Deyir, birinci, yola körpü salaq, yəni söhbət eləyək, başımız qarışsın. On­da yol tez başa catar. İkinci, əgər o cənazadəki xeyirxah in­sandırsa, ölsə də, əməli onu yaşadacaq, əksinə olsa, elə ölüdür ki, ölü! Üçüncü, əgər o əkinçi biçinə qədər borc edibsə, yeyib, eləmiyibsə, yeyəcək. Vəzir razı qalır.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin