Bir ölkənin şahı olur. Vəziri çağırıb deeb ki, mənim qiymətimi tapun. Vəzir gəlib qalıb məətəl, arvad deeb, nə işdi? Vəzir danışıb olanı. Deeb, get 40 gün möhlət al. Gedib 40 gün möhlət alıb. Atı minib, düşüb kətdərə. Gəlib, kəndə girəndə görüb bi qız uşağı 8 yaşında durub. Deeb ki, qızım mənə bir az su. Deeb ata, düş yerə atdan. Düşüb, gəlib deeb atan hardadu? Deeb atam dava əkməyə gedib, bəs anon, deeb anam borc verməyə gedib. Deeb hə bu uşağda hikmət var. Birdən gorüb kişi əlində bel, arvad da əlində qab gəlir. Soruşdu kişidən, deyir, mən getmişdim bostan əkməyə. Biyazzan sora yetişəcək, uşağ-muşağ gələcək yığmağa danışığ olacağ. Bı arvad da gedib kimsə dunyasını dəyişib ora ehsan aparıb, indi biz öləndə də gətirəcəylər. Deeb, bəli, gəlün mən də sizdərə dərdimi deyim. Mən vəzirəm, şah məni göndərib ki, onun qiymətini öyrənim. Qız deeb:
– Əmi, cörəgüü ye, o mənim əlimdə. Ta onnan hasan şey yoxdu.
Bəli, vəzir icazə alıb qızı götürüb gəlib. Qız deeb:
Ağ alıb, sitir kafir alıb gətirib, gətirənnən sora, deeb:
– Hə, tapdun?
Deeb:
– Hə tapdım.
Vəzirlə qız ağla sitir kafiri götürüb gəliblər saraya. Qız əyanları yığıb hamısını, şah oturub orda, qız gətirib, deeb, şah baba, sənin qiymətin budu. Şah bağlamanı açıb, açannan sora görüb kəfəni, sitir kafiri, deeb:
– Camaat, bilin və agah olun, ay mənim millətim. Bu dovlət, bı dünya, hamısı xalqındı, mənim döör.