Deyirsən ki, mənim qızımın bəxtini bağlıyıblar, hə deyir istiyirsən ki, yaman dərdə düşəsən, pis günə qalasan, balan ölsün, əzizin ölsün, giramın ölsün, mən sənə neynəmişəm ki, uşağımın bəxtin bağlamısan.
* * *
Ay səni pis günə qalasan. Mən sənə neynəmişəm. Hə bizim də qarğışımız budu.
* * *
Qayınxatınım var. Bizim yaxşı yolumuz var idi, həmən o qayınxatınım o yolu kəsdi. Camaatın yolu idi, indi də get gəldi. O yol üstə çən tikdirdi. Yolu bağladı. Camaat da bizim həyətdən indi gedib gəlirlər. Deyirlər, həyət qoyub gedənə Allah rəhmət eləsin. Ancağ yol kəsənə Allah lənət eləsin. Allah yolun kəssin.
* * *
Allah lənət eləsin pis adama, harda pis var.
* * *