Iş maşınlarıəmək obyektlərinin ölçü, forma, materiallarının xassələri və məkandakı mövqe və vəziyyətlərini dəyişdirirlər.
Texnoloji maşınlar - əmək cisminin ölçü, forma və materialının quruluş çevirmələrini yerinə yetirirlər. Məs., müxtəlif təyinatlı dəzgahlar; taxıl yığan, taxıl döyən kombaynlar; ekskavatorlar və s.
Nəqliyyat maşınları - cismin ölçü və formasını dəyişdirmədən onun məkandakı yerini və vəziyyətini dəyişdirirlər. Məs., yük və minik maşınları, gəmi, konveyer və s.
Enerji maşınları- bir növ enerjini digər növ enerjiyə çevirirlər. Məs., daxili yanma mühərrikləri, elektrik mühərrikləri, generatorlar və s.
Kibernetik maşınlar- yalnız mexanizmlərlə yerinə yetirilməsi mümkün olmayan müxtəlif proseslərin aparılmasında zehni əməyi, onun müəyyən hissəsini əvəzetməyə qabil olan, süni intellekt elementlərinə malik maşınlar kibernetik maşınlar adlanırlar. Məs., robotlar, elektron hesablama maşınları (EHM) və s.
Kompleks. Istehsalçı müəssisədə yığma ilə birləşdirilməmiş, lakin, ümumi istismar təyinatını birgə, əlaqəli icra edən iki və daha çox məmul kompleks təşkil edir. Məs., müəyyən hissəni (və ya hissələr qrupunu) hazırlamaq üçün metalkəsən dəzgahlardan və s. təşkil olunmuş avtomat xətt.
Komplekt. Istehsalçı müəssisədə yığma ilə birləşdirilməmiş, köməkçi səciyyəli, ümumi istismar vəzifəsinə və əvəzetmə xidmətinə malik məmullar dəsti komplekt təşkil edir. Məs., ehtiyat hissələr komplekti, müəyyən təyinatlı alətlər komplekti və s.
Nominal ölçü – konstruksiyanın möhkəmliyə hesabatlarından alı-nıb yuvarlaqlaşdırılaraq qəbul edilən və cizgidə göstərilən ölçüdür.
Sapma – ölçünün qəbul edilmiş nominal ölçüdən fərqidir.
Müsaidə – ölçünün yol verilən dəyişmə diapazonu, yəni, yuxarı və aşağı sapmaların fərqidir.