Maşınqayırmanın önləyən inkişafı texniki tərəqqinin əsası və vacib şərtidir



Yüklə 131,26 Kb.
səhifə5/7
tarix02.01.2022
ölçüsü131,26 Kb.
#42894
1   2   3   4   5   6   7
Mühazirə 1.

1.3. Məmul və onun elementləri
Maşınqayırma müəssisəsinin buraxdığı istehsal əşyası məmul adlanır. Məmul mürəkkəb konstruksiyalı texniki obyekt (traktor, təyyarə və s.) və ya hər hansı bir hissə ola bilər.

Müəssisələr iki növ məmul istehsal edir: - əsas və köməkçi məmul.

Əsas məmul iqtisadiyyat və sosial sferanın müxtəlif sahələrinin tələbatını ödəmək üçün istehsal olunur. Müəssisə həmin məmulları istismarçıya satır.

Köməkçi məmul müəssisənin öz tələbatını ödəmək üçün istehsal olunur. Məs., tərtibat, xüsusi alətlər və s.

Məmul yığma vahidləri və hissələrdən ibarət olur (şək. 1.1).

Təcrid olunmuş halda yığılmağa imkan verən hissə və düyüm-lərdən ibarət məmul hissəsi yığma vahidi adlanır. Məmul ən mü-

rəkkəb, ali tərtibli yığma vahididir. Yüksək tərtibli yığma vahid-lərinin tərkibinə, (məs., şəkildə birinci tərtib yığma vahidlərinə) aşağı tərtibli yığma vahidi (məs., ikinci tərtib yığma vahidləri) və hissələr daxildir. Ən aşağı tərtibli yığma vahidi (düyüm) yalnız hissələrdən ibarət olur, məs., düyüm 0220 (şək. 1.1, işarələnmə şərtidir-izahat məqsədlidir).

Məmulun konstruksiyası nə qədər çox yığma vahidlərindən ibarət olarsa məmul istehsal üçün bir o qədər əlverişli olar. Çünki, yığma vahidləri məmul elementlərinin paralel yığılmasına imkan verir. Məmul qısa müddətdə yığıla bilir.

Məmul funksional baxımdan da tərkib hissələrinə ayrılır. Məs., maşınlarda əylənc, yağlama və s. sistemləri. Lakin bu cür təsnifat istehsal baxımından əhəmiyyət kəsb etmir.




Şək. 1.1. Məmulun konstruksiyasının quruluş sxemi


Yüklə 131,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin