Şək. 1.2 Texnoloji prosesin strukturası
Hissənin mürəkkəbliyindən asılı olaraq, onun istehsal texnolo-giyası bir və ya bir neçə əməliyyat, hər əməliyyat bir və ya bir neçə keçid, hər keçid bir və ya bir neçə gedişdən ibarət ola bilər.
Texnoloji əməliyyatı yerinə yetirən dəzgahçı müxtəlif hərə-kətlər edir. Fəhlənin texnoloji əməliyyatın icrası ilə bağlı bitmiş hərəkəti fənd adlanır. Pəstahın götürülməsi, patronda yerləşdi-rilməsi, bərkidilməsi, dəzgahın işə salınması və s. ayrı - ayrı fəndlərdir.
Texnoloji prosesin göstəriciləri. Texnoloji prosesi qiymətlən-dirmək üçün onun göstəricilərindən istifadə edilir: Buraya əmək tutumu, dəzgah tutumu, buraxılış taktı, temp və s. daxildir.
Texnoloji prosesi, onun müəyyən hissəsini yerinə yetirmək üçün dəzgahın tələb olunan məşğulluq müddəti dəzgah tutumu adlanır. Məs., əməliyyatın dəzgah tutumu. Ölçü vahidi dəzgahsaat-dır.
Texnoloji prosesi, onun müəyyən hissəsini yerinə yetirmək üçün tələb olunan müvafiq ixtisasa malik fəhlənin normal gərginlikli əməyi əmək tutumu adlanır. Məs., əməliyyatın əmək tutumu. Ölçü vahidi adamsaat-dır.
Bir hissənin, məmulun emalına, yığılmasına sərf olunan zaman kəsiyi buraxılış taktı adlanır:
, dəq/ədəd , (1.1)
burada Fh- avadanlığın müəyyən müddət ərzindəki həqiqi iş
vaxtı fondu, saatla;
N- həmin müddət ərzində hazırlanan hissələrin sayıdır.
Həqiqi iş vaxtı fondu Fh aşağıdakı ifadədən təyin edilir:
Fh = KF = KSmn, saat, , (1.2)
burada – K – avadanlığın təmirə dayanması və s. ilə əlaqədar
olaraq boş dayanmalarını nəzərə alan əmsal,
S – bir növbədəki iş saatlarının sayı,
m – növbələrin sayı,
n – iş günlərinin sayı,
F – avadanlığın müəyyən müddətdəki (adətən il ərzində) iş
vaxtı fondudur.
Takt axınlı istehsalı səciyyələndirir.
Müəyyən tip ölçüdə və icrada məmulun vahid zamandakı buraxılış miqdarı buraxılış ritmi adlanır. O, buraxılış taktının əks qiymətinə bərabər olan kəmiyyətdir.
Vahid zaman kəsiyində (dəqiqə, saat və s.) hazırlanması nəzərdə tutulmuş hissələrin, məmulların miqdarı hasilat norması adlanır. Onun ölçü vahidi ədədsaat, kqsaat və s.- dir.
Il ərzində istehsalı nəzərdə tutulmuş məmul və ona əlavə olunan ehtiyyat hissələrinin miqdarı illik proqram adlanır.
Müəyyən təqvim vahidi müddətində hazırlanması nəzərdə tutulmuş verilmiş çeşiddə məmulların miqdarı buraxılış proqramı adlanır.
Dostları ilə paylaş: |