Maşınqayırmanın önləyən inkişafı texniki tərəqqinin əsası və vacib şərtidir


Texnoloji prosesin quruluşu və göstəriciləri



Yüklə 131,26 Kb.
səhifə6/7
tarix02.01.2022
ölçüsü131,26 Kb.
#42894
1   2   3   4   5   6   7
Mühazirə 1.

1.5. Texnoloji prosesin quruluşu və göstəriciləri
Texnoloji proses və onun tərkib hissələri müəssisələrin istehsal sahələrində ayrılmış iş yerlərində yerinə yetirilir. Texnoloji prosesi və ya onun müəyyən hissəsini yerinə yetirmək üçün tələb olunan avadanlıq, alət və təchizat vasitələri ilə təchiz olunmuş istehsal sahəsi iş yeri adlanır.

Texnoloji prosesin əsas tərkib hissəsi əməliyyatdır. Bir iş yerində yerinə yetirilən təkrar olunan hərəkətlərin məcmusu əməliyyat adlanır (şər. 1.2.). Əməliyyatın iki növü var: texnoloji və köməkçi.

Texnoloji prosesin bir iş yerində, bir və ya bir neçə birlikdə emal olunan və ya yığılan istehsal əşyasının halını dəyişdirən avadanlıq və fəhlənin (dəzgahçının) etdikləri bütün hərəkətləri əhatə edən bitmiş hissəsi texnoloji əməliyyat adlanır. Texnoloji əməliyyat vasitəsilə məmul və onun hissələrinin konstruksiyasında, ölçüsündə, materialının quruluşunda, qarşılıqlı vəziyyətlərində dəyişiklik aparılır. Məs., torna, presləmə, termiki emal, yığma və s. əməliy-yatları.

Köməkçi əməliyyatlar texnoloji əməliyyatları yerinə yetirməyə xidmət edirlər. Onlar istehsal əşyasının halını dəyişdirmirlər. Məs., nəql etmə və s. Nəql etmə vasitəsilə pəstah bir iş yerindən digərinə verilir.

Texnoloji əməliyyatın əsas hissəsi keçiddir. Keçidlər iki növ olur: texnoloji və köməkçi. Texnoloji əməliyyatın eyni təchizat vasitəsi və alətlə pəstahın dəyişməz yerləşdirilməsində bir və ya bir neçə səthin dəyişməz rejimlərdə emalını əhatə edən bitmiş hissəsinə texnoloji keçid deyilir. Texnoloji əməliyyatın istehsal əşyasında (pəstah, yığma vahidləri və s.) dəyişiklik etməyən, texnoloji keçidi yerinə yetirmək üçün lazım olan hərəkətlərini əhatə edən bitmiş hissəsi köməkçi keçid adlanır. Məs: pəstahın yerləşdirilməsi, dəzgahın sazlanması, alətin dəyişdirilməsi və s.

Keçidin əsas hissəsi gedişdir. Işçi və boş gedişlər fərqləndirilir.



Işçi gediş texnoloji keçidin bitmiş bir hissəsi olub, alət və ya alətlər qrupunun istehsal əşyasının halında dəyişiklik edən bir istiqamətli hərəkətinə deyilir. Mexaniki emalda işçi gedişlə pəstahdan material çıxarılır.

Boş gediş texnoloji keçidin bitmiş bir hissəsi olub, alət və ya alətlər qrupunun pəstahda dəyişiklik etməyən, lakin, işçi gedişi yerinə yetirmək üçün lazım olan bir istiqamətli hərəkətinə deyilir. Işçi gedişdən sonra, alət boş gedişlə başlanğıc – işçi vəziyyətə qaytarılır.

Bir əməliyyat bir və ya bir neçə yerləşdirmədən istifadə etməklə aparıla bilər. Tərpənməz bərkidilmiş istehsal əşyasının (pəstahın, yığma vahidinin və s.) tərtibata nəzərən tutduğu qərarlaşmış vəziyyət yerləşdirmə adlanır. Istehsal əşyasının tərtibatla birlikdə dəzgaha və alətə nəzərən emal zonasında tutduğu qərarlaşmış vəziyyət mövqe adlanır. Bir əməliyyat, bir və ya bir neçə mövqedə emalı əhatə edə bilər. Tərtibat pəstahı dəzgahda bərkitmək üçün istifadə olunan texnoloji təchizatdır.




Yüklə 131,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin