Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə192/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   405
13.2. Somolye 

haqqında anlayış

 

 Bu fransız metodu olub, bir neçə onilliklər əvvəl fransız enoloq 

mütəxəssisləri  tərəfindən  Ģərabı  öyrənmək  üçün  düĢünülmüĢdür. 

Bütün  dünyada  enoloq  və  dequstatorlar  bu  metodun  köməyilə 

Ģərabı  dəqiq  və  daha  yaxĢı  öyrənməyə  çalıĢırlar.  Somolye 

kurslarında  əsasən  bu  üsuldan  istifadə  edirlər.  Somolye  Ģərab 

dəstini  tam  hüquqla  evdə  məktəb  somolyesi  adlandırmaq  olar. 

Dəstin  əsasını  bu  və  ya  digər  Ģərabda  təsadüf  olunan  Ģərab  ətir 

nümunələri  təĢkil  edir.  Bu  nümunələrdən,  həmçinin  sadə  və  baĢa 

düĢülən  tədris  materiallarından  istifadə  etməklə  dərhal  və  asan 

yolla Ģərabın buketində olan tipik ətirləri ayırmaq mümkün olur. 

Bunun üçün anadangəlmə dequstator olmağa, yaxud peĢəkarlığa 

ehtiyac  olmur.  Çünki  duyğuları  da    digər  vərdiĢlər  kimi  inkiĢaf 

etdirmək  olar  və  lazımdır.  Qədəhdə  qara  qarağatla,  kofenin  və 

baĢqalarının buketini ayırmağı bacarmayacağımızı güman ediriksə, 

deməli biz heç vaxt öz duyğularımızı məĢq etdirməmiĢik. 

Təəccüblüdür,  lakin  nə  vaxt  ki,  almanı  əldə  saxlayırıq,  yaxud 

onu  öz  qarĢımızda  görürük,  yaxud  kofeni  nə  vaxt  biĢiririk  və  ya 

içirik  bu  zaman  onun  iyini  hiss  etməyə  öyrənmiĢik.  ġübhəsiz  ki, 

bizim  üçün  o  yenilik  olur  ki,  bu  və  ya  digər  tam  və  iyə,  məsələn, 

banan  iyinə  malik  xırda  ĢüĢəni  açırıq,  lakin  bananın  özünü 

görmürük.  Somolye  Ģərab  dəsti  ilə  də  vəziyyət  buna  oxĢar  olub, 

Ģərab dünyasının ətirlərini tanımaqda ilk addımdır. 

ġərab  dəstini  öyrəndikdən  bir  qədər  sonra,  Ģərab  qədəhində 

həmin  iyləri  fərqləndirmək  mümkündür.  Bu  zaman  nəinki  açıq 

bilinən  iyləri,  həmçinin  çalarları  və  hətta  zəif  notları  müəyyən 

etmək  olar. Bu irəliyə doğru böyük addım olmaqla, artıq ayrı-ayrı 

Ģərablar,  hətta  üzümün  sortunu  dəqiq  müəyyən  etmək  mümkün 

olur.  Məlumdur  ki,  bütün  sortlar  özünəməxsus  tipik  və  səciyyəvi 

ətrə  malik  olur.  Sortu  təyin  etməklə  Ģərabın  istehsal  olunduğu 

ölkəni də tapmaq da mümkündür. Beləliklə, Ģərabın ətir dünyasına 

ilk addım atılmıĢ olur.  

ġərab  haqqında  fikrə  gəlmək  üçün  yalnız  onun  ətrini  bilmək 

azdır.  ġərab  isə  bütöv  dünyadır  ki,  buna  dair  məlumatı  Ģərab 




 

~ 289 ~ 


 

dəstinə  daxil  olan  informasiya  materiallarını  öyrənməklə  bilmək 

mümkündür. 

ġərab  necə  dequstasiya  olunmalı,  süfrəyə  necə  verilməli  və 

bunun üçün hansı qədəh seçilməlidir?  

Rəngə görə Ģərabın quruluĢu və yaĢı necə müəyyən edilməli və 

bunu aromatik buketə görə necə etmək olar?  

Çox  yaxĢı  Ģərabı  sadədən,  balanslaĢmıĢı  pisdən  necə  ayırmaq 

olar?  Siz  Ģəraba  düzgün  qiymət  verməyi  öyrənməklə,  qida  üçün 

onu  düzgün  seçəcəksiniz.  Hər  gün  Ģərab  alınmasında  səhv 

etməyəcəksiniz və yaxĢı kolleksiya yarada biləcəksiniz.   

ġərabın  verilmə  temperaturu  xüsusi  diqqət  tələb  edir.  Onu 

əlbəttə  ki,  heç  kim  butulkada  termometrlə  ölçməyəcəkdir.  Lakin 

bilmək  lazımdır  ki,  qırmızı  turĢ  Ģərabları  məxsusi  soyutmurlar, 

onlar ətraf mühitin temperaturuna uyğun, baĢqa sözlə 16-22

0

 C-də, 



ağ  və  Ģirin  Ģərablar  isə  6-12

0

C-yə  qədər  soyudulmaqla  icilir.  Bir 



çox  ciddi  istehsalçılar  Ģərab  verilməsinin  tövsiyə  edilən 

temperaturuna dair əks etiketdə (kontr - etiketdə) məlumat verirlər. 

Müəyyən  tip  Ģərablar  üçün  aĢağıdakı  ―temperatur‖-lar    tövsiyə 

olunur: 


 

DoydurulmuĢ  qırmızı  bordo  Ģərabları,  Kabеrne  Sovinyondan 



Azərbaycan, Kaliforniya yaxud qırmızı Ronı Ģərabı – 18-20

0

C; 



 

Orta  doymuĢ  qırmızı  Ģərablar  –  Pino  Nuar,  Zinfandel  yaxud 



Ġspan Rioxi -15,5-18

0

C; 



 

Yüngül  qırmızı  Ģərablar  –  Bojole,  Bordolino  tipli,  yaxud 



Ġtaliyanın Ģimalının Ģərabları – 13-15,5

0

C; 



 

ġardonedən,  Sovinyon  Blandan  ağ  Ģərablar  elzas  və  bir  çox 



Ģirin Ģərablar-7-10

0

C; 



 

Oynaq, Ģampan və cəhrayı Ģərablar – 5,5-7



0

C. 


 

Yeri  gəlmiĢkən  əgər  Ģərab  bizim  zövqümüzə  görə  xeyli 

soyuqdursa  onu  mikrodalğalı  peçdə  qızdırmaq  tövsiyə  edilmir. 

Çünki bu, qədəhin altlığının yanmasına səbəb ola bilər.  




Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin