Мцяллифдян


  Hazır butulkaların qablaşdırılması



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə190/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   186   187   188   189   190   191   192   193   ...   405
12.8. 

Hazır butulkaların qablaşdırılması

 

QablaĢdırma  prosesi  iki  əməliyyatı  əhatə  edir:  1)  butulkanın 

kağıza bükülməsi və 2) butulkaların qutulara yığılması. 

ġampan, markalı Ģərablar və konyak butulkaları kağıza tamami-

lə  bükülərək,  boğazın  üst  hissəsindən  lentlə  bağlanır.  Ordinar 

üzüm, meyvə-giləmeyvə və vermut Ģərabları doldurulmuĢ butulka-

ların yalnız  silindrĢəkilli hissəsində bükülmə aparılır. 

Butulkaları  tam  bükmək  üçün  ULM,  VZB  markalı,  yarımçıq 

(yalnız  silindrĢəkilli  hissəsini)  bükmək  üçün  isə  AOB,  L5-VZPU 

markalı  avtomatlardan  istifadə  olunur.  Bükmək  üçün  müxtəlif 

markalarda kağızdan - A, B, V, Q, D və E istifadə olunur. Həmin 

kağızların bir kvadratmetrinin çəkisi, uyğun olaraq 20-120, 50-120, 

50-120, 40-120 və 50-120 q olur.  

Butulkaları  qutuya  yığan  və  qutudan  götürən  avtomatlar 

məhsuldarlığına,  tutucu  qurğunun  miqdarına,  tutucu  qurğu  və 

qutunun  hərəkətinə,  mexanikləĢdirmə  səviyyəsinə  və  s.  görə 

sinifləĢdirilir. 

Avtomatlar  az  (saatda  6000  butulka  buraxan),  orta  (saatda 

12000 butulka) və yüksək  (saatda 12000 butulkadan çox buraxan) 

məhsuldar olmaqla fərqləndirilir.  

Tutucu qurğunun miqdarına görə avtomatlar, iki və çoxqollu ola 

bilər. Qutu və tutucu qurğunun hərəkət xarakterinə görə fasiləsiz və 

fasiləli olurlar. 

Avtomatlarda mexaniki, elektromexaniki, pnevmatik, hidravlik, 




 

~ 282 ~ 


 

elektropnevmatik,  elektrohidravlik  və  pnevmohidravlik  idarə 

sistemləri tətbiq olunur. Onlarda mexaniki, pnevmatik və hidravlik 

ötürücüdən istifadə olunur. 

ġərabçılıq  sənayesində  zədəli  butulkaları  götürmək  və 

doldurulmuĢ  butulkaları  qutulara  yığmaq  üçün    VĠA,  VUL,  42-

AĠA-6,  Ġ2-AĠA-12,  Ġ2-AUA-12  markalı  avtomatlardan  istifadə 

olunur. Onlar saatda 6000-12000 butulka məhsuldarlığa malik olur. 

Göstərilən  avtomatlar  qurluĢca  çox  müxtəlif  olsa  da,  iĢ  prinsipi 

etibarı  ilə  eynidirlər.  Göstərilən  markalardan  əlavə  məhsuldarlığı 

saatda 24000 butulka olan markalar da mövcuddur.  

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  butulkanın  xarici  tərtibatını 

zədələrdən  və  çirklərdən  mühafizə  etmək  üçün  ordinar  Ģərab 

butulkasının  zolaqlar,  markalı  və  kolleksiya  Ģərablarının  isə  tam 

Ģəkildə  kağızla  bükülməsi  aparılır.  Kağıza  bükülən  butulkalar 

sayılaraq saxlanmaq üçün hazır məhsul anbarına verilir. Butulkaya 

doldurulan Ģərabın hesabatı gündəlik aparılır. Son vaxtlar bir və ya 

bir  neçə  butulkanın  birgə  qablanması  da  həyata  keçirilir  (Ģəkil 

12.9).  

Hazır məhsul anbarında butulkalar qutulara, konteyner və paket-

qutu  altlıqlarına  qablanır.  Qutular  açıq  arakəsməli  20  butulka 

tutumlu  taxta  büzməli,  kardon  arakəsməli,  çərçivə  və  üfüqi  ayrıcı 

təbəqələrlə  komplektləĢdirilmiĢ  12  butulka  tutumlu  plasmas  ola 

bilər. Açıq qutulara butulkalar vertikal yığılır.  

Uzaq daĢımalar üçün qapalı qutular tətbiq olunur. Bağlı qutulara 

butulkalar  saman  və  kəpəkdən  istifadə  edilməklə  üfüqi  Ģəkildə 

butulkanın ağzı qutunun kənar divarlarına olmaqla qablanır.  

Hazırda  qablama  üçün  tutumu  700sm

3

 -216  butulka  tutumlu 



metal  konteynerlərdən  və  800x1200  mm  -1080  butulka  tutumlu 

paket  –  qutu  altlıqlarından  istifadə  olunur.  Butulkalar  Ģərabla  və 

termoqoruyucu  pərdələrlə  qablanır.  Butulkalar  kardon  lotoklara 

əllə 12 ədəd olmaqla düzülür.  

Hazır məhsul anbarında Ģərabın müvəqqəti saxlanılması 8-16

0



temperturda  kəmturĢ  və  kəmĢirin  Ģərablar  üçün  -2-dən  +8

0



arasında müəyyən olunur.  


 

~ 283 ~ 


 

      


 

     


 

 

 



Şəkil 12.9. Müxtəlif qablama formaları 

 

Binada hava təmiz və təzə, nəmlik 85%-ə qədər olmalıdır. Hazır 



məhsul anbardan ticarət Ģəbəkələrinə göndərilir.  

Ġxrac  üçün  yola  salındıqda  butulka  tam  kağızla  bükülür  və 

qapalı qutulara yaxud xüsusi kardon qutulara qablanır.    



 

~ 284 ~ 


 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin