Мцяллифдян



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə199/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   195   196   197   198   199   200   201   202   ...   405
 

13.4. 

Şərab

 

üçün

 

qədəhlər

 

ġərab  -  hər  Ģərab  sortuna  uyğun  olan  qədəhlərdə  içilməlidir. 

Hətta  yeni  baĢlayan  Ģərab  həvəskarının  2-3  tip  qədəhi  olmalıdır. 

Qədəhlər seçilərkən belə bir ifadə iĢlədilir ki, «qədəhi bir dəfə al və 

alanda  da  yaxĢısını  al».  Belə  bir  fikir  də  səslənir  ki,  qədəh  Ģərab 

butulkasının orta qiymətindən az dəyərə malik olmamalıdır. Gəlin 

görək hansı qədəhlər var və həm qırmızı, həm də ağ Ģərablar üçün 

qədəh necə seçilməlidir?  



Şərab üçün qədəhin forması. Qədəhin forması istehsalçının və 

ya  satıcının  istəyi  ilə  xüsusi  görkəmdə  hazırlanmır.  Bu  iĢdə 

tədqiqatlara  söykənən  nəticələr  əsas  götürülməklə,  qədəh  Ģərabın 

üstünlüklərini tam açmağa (yaxud çatıĢmazlıqlarını gizlətməməyə), 

onu  hiss  etməyə  imkan  verməlidir.  Qədəh  formasının  seçilməsi 

problemi elə də uzaq keçmiĢə aid deyildir. Rəvayətlərə görə Klaus 

Ridel  (ĢüĢə  iĢi  üzrə  usta)  axĢam  ziyafətlərində  müəyyən  etmiĢdir 

ki,  bu  və  ya  digər  Ģərab  haqqında  insanların  fikirləri  fərqlidir.  O, 

göz  gəzdirərkən  baĢa  düĢmüĢdür  ki,  stol  arxasında  əyləĢənlər 

hamısı  fərqli  qədəhlərdə  içirlər.  Bundan  sonra  1958-ci  ildə  Ridel 

Burqund  Ģərabı  üçün  özünün  ilk  qədəhini  hazırladı.  Sonra  o, 

dequstatorların  iĢtirakı  ilə  qırmızı  və  ağ  Ģərablar  (müxtəlif  üzüm 

sortlarından  alınan)  üçün  qədəhlər  iĢləyib  hazırladı.  Klassik 

formalarda  müəyyən  dəyiĢikliklər  olsa  da  o,  əsasən  standart  kimi 




 

~ 299 ~ 


 

saxlanmıĢdır.  

Qədəhin  formasını  müəyyən  edən  amil  sort  və  Ģərabın  tipidir. 

Qədəh  düzəldiləndə  ölçüləri-  qədəhin  boyu,  çəmbəri  və  forması 

əsas rol oynayır. Qırmızı Ģərablar üçün 2 forma – Bordo (Kaberne-

Sovinyon  sortu)  və  Burqundiya  tipli  qədəhlər  (Pino  Nuar  sortu) 

qəbul olunmuĢdur (Ģəkil 13.3).  

 

 



Ağ  Ģərablar  üçün  qədəhin  klassik  forması  da  mövcuddur 

(Sovinyon Blan və ġardone sortları). Bəzi istehsalçılarda digər sort 

Ģərablar üçün də qədəhlərə təsadüf olunur. Lakin onlar qeyd olunan 

formalardan kəskin fərqlənmir. 



 Ətir. ġərab qədəhə süzülən kimi orada fiziki proseslər baĢlayır: 

oksigenlə  təmas  güclənir  və  Ģərab  iy  buraxır  və  bu  iy  qədəhin 

yuxarı hissəsinə qalxır.  

Qədəh  çəmbərinin  formasından  asılı  olaraq,  qədəhin  çıxıĢında 

ətir  az  və  ya  çox  toplanır.  Qədəhin  kasasının  ölçüsü  isə  Ģərabın 

oksigenlə  doymasına  təsir  göstərir.  ġərabı  qədəhdə  çalxalamaq  və 

sərbəst fırlatmaq üçün qədəhi 1/3 hissəsinə qədər doldururlar. Belə 

hərəkət  etdirilməklə  Ģərab  oksigenlə  doydurulur  və  içilənədək 




 

~ 300 ~ 


 

temperaturu  əsaslı  Ģəkildə  dəyiĢmir.  Əgər  xidmət  edənlər  qədəhə 

Ģərabı  yarıdan  çox  süzürsə,  bu  səhv  hərəkət  kimi  dəyərləndiril-

məlidir.  

Ən yüngül ətirlər qədəhin yuxarı hissəsində cəmlənən – çiçək və 

meyvə tonudur; orta hissədə bitki, torpaq və mineral tonlar; Ģərabın 

səthində  isə  ən  ağır  ətirlər  –  ağac,  qabıq,  spirt  tonları  kimi 

cəmlənir.  



 Dad.  Qədəhin  forması  yalnız  Ģərabın  ətrinə  deyil,  həmçinin 

dadına  ―cavabdehlik‖  daĢıyır.  Məlum  olduğu  kimi,  dilin  müxtəlif 

hissələri fərqli dad duyğuları qammasına malikdir. Dilin küncündə 

turĢuya  həssas  olan  zona,  dilin  qurtaracağında  (ucunda)  Ģirinlik, 

dilin  mərkəzi  hissəsi  duzluluq,  udlağa  yaxın  olan  hissə  isə  acılığı 

hiss  edir.  Bu  məlumatlar  qədəhin,  xüsusilə  də  onun  kənarının 

formasının  seçilməsi  üçün  əsas  açar  rolu  oynayır.  ġərabı  dilin 

ucuna  yaxınlaĢdırmaq  üçün  qədəhin  kənarını  daha  oval  edirlər, 

desert  Ģərablar  üçün  isə  qədəhin  incə  boğazı  içkini  dilin  ucuna  – 

mərkəzə doğru dərinliyə yönəldir.  

Qədəhin  ayaq  hissəsindən  tutulmalıdır.  Kasa  hissəsindən  tutub 

onu  qızdırmaq  olmaz.  Bu  qaydanın  özündə  də  istisnalıq  vardır. 

Məsələn, Ridel bu yaxınlarda ayaqsız qədəhlər hazırlamıĢdı. Lakin 

bu  formanın  yaĢaması  Ģübhə  doğurur,  çünki  ayaq  həm  də  qədəhə 

estetik görünüĢ verir.  


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin