Мцяллифдян


Şirənin  karbon  qazı  təzyiqi  altında  qıcqırdılması



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə222/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   218   219   220   221   222   223   224   225   ...   405
Şirənin  karbon  qazı  təzyiqi  altında  qıcqırdılması  (idarə 


 

~ 325 ~ 


 

olunan  qıcqırma)  üsulu,  professor  Qeys  tərəfindən  iĢlənib 

hazırlanmıĢ və ilk dəfə Almaniyada tətbiq olunmuĢdur. Əsasən ağ 

Ģirə və qırmızı əzintinin qıcqırdılmasında istifadə olunur. Bu üsulla 

qıcqırtma  yüksək  təzyiqə  davamlı,  möhkəm  metal  rezervuarlarda 

aparılır. Qıcqırma prosesində əmələ gələn karbon qazı rezervuarda 

təzyiq  (8  at)  yaradır.  Təzyiq  normadan  artıq  olduqda,  yaranan 

karbon  qazının  bir  hissəsi  boru  ilə  kənar  olunur.  Müəyyən 

olunmuĢdur  ki,  Ģirədə  karbon  qazının  miqdarı  15  q/dm

3

  olduqda 



mayaların  çoxalması  dayanır  və  beləliklə  Ģirə  qıcqırmır. 

Rezervuarlarda  tələb  olunan  təzyiq  Ģirənin  tərkibindən  deyil, 

temperaturundan asılıdır. Belə ki, temperatur yüksəldikcə daxildəki 

təzyiq  artırılır.  Qıcqırma  adətən  15-18

0

C  temperaturda  və  20-30 



gün müddətində davam edir. Qıcqırma baĢa çatdıqdan sonra, Ģərab 

həmin  qabda  1-2  atm.  təzyiq  altında  saxlanılır.  Beləliklə,  istər 

Ģirənin  qıcqırması,  istərsə  də  Ģərabın  saxlanması  havasız  Ģəraitdə 

aparılır.  Bu  üsuldan  kəmĢirin  Ģərablar  hazırlanmasında  istifadə 

olunması yaxĢı nəticə verir.  

Qıcqıran  Ģirədə  Ģəkər  qalığının  qalması  (xüsusilə  turĢ  süfrə 

Ģərablarında) yolverilməz haldır. Çünki, 0,3%-dən çox qalıq Ģəkər, 

orada 


ziyanlı 

mikroorqanizmlərin  inkiĢafına  və  Ģərabın 

xəstələnməsinə səbəb olur.  

Belə  halların  qarĢısını  vaxtında  almaq  və  qıcqırma  prosesini 

nizamlamaq üçün, qıcqırma üzərində nəzarət aparılmalı, hər gün 2-

3  dəfə  temperatur  və  qıcqıran  Ģirədə  Ģəkərin  miqdarı  təyin 

edilməlidir.  Bunlar  əsasında  hər  qab  üçün  (temperatur  və  Ģəkərin 

miqdarına görə) qrafik tərtib olunur. Eyni zamanda qıcqıran Ģirənin 

mikroflorasının vəziyyəti də yoxlanır.    


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin