Мцяллифдян


Madera  alınmasında  tətbiq  olunan  üsullar



Yüklə 7,95 Mb.
Pdf görüntüsü
səhifə268/405
tarix30.12.2021
ölçüsü7,95 Mb.
#19803
növüDərs
1   ...   264   265   266   267   268   269   270   271   ...   405
Madera  alınmasında  tətbiq  olunan  üsullar.  Madera 

alınmasının mövcud üsullarını aĢağıdakı kimi qruplaĢdırmaq olar: 

I.  GünəĢ  altında  və  ya  xüsusi  binalarda-çəlləklərdə  madera-

laĢdırma. 

II.  Ġri  rezervuarlarda  fasiləli  və  fasiləsiz  üsullarla  maderalaĢ-

dırma. 


1.  GünəĢ  meydançalarında  və  yaxud  xüsusi  binalarda  madera-

laĢdırma. Bu üsul Sovet alimləri tərəfindən hərtərəfli öyrənilmiĢdir. 

Bu  halda  Ģərab  palıd  qablarda  uzunmüddətli  (3  il)  günəĢ 

meydançalarında və yaxud xüsusi binalarda yetiĢdirilirdi. Lakin bu 

üsulun  bir  sıra  çatıĢmazlıqları  vardır.  Belə  ki,  prosesin  gediĢi 

(xüsusilə-günəĢ  meydançalarında)  xarici  mühitin  temperaturundan 

asılı  olub,  gündüz  və  gecə  temperatur  kəskin  dəyiĢdiyindən  sabit 

temperatur  almaq  qeyri-mümkün  olur.  Bundan  əlavə  bu  üsulun 

aĢağıda qeyd olunan bir sıra çatıĢmazlıqları vardır: 

1. Proses uzun müddət davam edir;  

2. Ġtki çox olur;  

3. Prosesi tənzim etmək çətin olur;   

4. Ağır əl əməyi tələb olunur və s. 

Bu  zaman  gedən  kimyəvi  proseslər  M.A.Gerasimov,  Z.N.KiĢ-

kovski,  N.S.  Oxramenko,  T.K.Politova-Sovzenko,  A.M.Frolov-

Baqreev, V.Q.Kulneviç və b. tərəfindən dərindən araĢdırılmıĢdır.  

Üsulun  çatıĢmazlıqlarını  nəzərə  alan  alimlər,  madera  alınma-

sının  metodlarını  iĢləyib  hazırladılar.  Nəticədə  madera  iri  həcmli 

rezervuarlarda fasiləli və fasiləsiz üsullarla alındı.  

Bir  qrup  tədqiqatçılar  belə  hesab  edirlər  ki,  maderanın  forma-

laĢmasında palıd taxtasının aĢı maddələri əsas rol oynayır. Bununla 

əlaqədar  olaraq  onlar  metal  rezervuarlara  palıd  taxtasının  düzül-

məsi  ilə  madera  alınması  üçün  qurğu  iĢləyib  hazırlamıĢlar  (Ģəkil 



 

~ 369 ~ 


 

16.1).  Digər  qrup  alimlər  A.A.Preobrajenski,  T.K.Politova-

Sovzenko  və  b.  isə  bu  prosedə  üzüm  salxımının  aĢı  maddələrinin 

rola  malik  olduğunu  göstərirlər.  Yəni  baĢlanğıc  Ģərab  materialı 

kifayət  miqdarda  aĢı  maddələrinə  malik  olarsa,  palıd  taxtasından 

istifadə  etməyə  ehtiyac  yoxdur.  Bu  baxımdan,  iri  rezervuarlarda 

fasiləli  yolla  madera  hazırlamaq  üçün  iki  üsul  təklif  olunmuĢ  və 

geniĢ yayılmıĢdır. 

 

    Şəkil 16.1. Maderalaşdırma üçün qurğu 

1-oksigen vurmaq üçün boru; 2-palıd taxtası; 3-soyuducu;  

4-termometr üçün gilz; 5-buğ üçün ilanvari boru  

 

A.A.Preobrajenskinin  təklif  etdiyi  üsul  palıd  taxtasının  iĢtirakı 

olmadan,  kifayət  miqdarda  ekstrakt  maddələrinə  malik,  Ģərab 

materialının  maderizələĢməsinə  əsaslanır.  Qurğu,  paslanmayan 

poladdan  hazırlanmıĢ,  yaxud  emal  olunmuĢ  15-25  ton  tutuma 

malik  rezervuarlardan,  onu  xaricdən  örtən  temperatur  izoləedici 

örtükdən, daxilində yerləĢdirilmiĢ ilanvari borudan və s. ibarətdir. 

Qurğunun iĢ prinsipi aĢağıdakı kimidir: 

MaderalaĢma üçün hazırlanmıĢ Ģərab materialı lazımi səviyyəyə 

qədər  (üstündə  hava  boĢluğu  saxlanmaqla)  rezervuara  doldurulur. 

Sonra  ilanvari  boru  ilə  isti  su,  yaxud  buxar  buraxılmaqla,  Ģərab 

qızdırılır və temperaturu lazımi həddə çatdırılır. ġərabın səthindəki 

boĢluğa  oksigen  balonundan  oksigen  vurulur.  ġərabda  gedən 

oksidləĢmə-reduksiya  prosesləri  patensiometrlə  ölçülür  və  tənzim 

edilir. Ġsti iĢləmə qurtardıqdan sonra buxar və oksigenin rezervuara 

verilməsi dayandırılmaqla, gərginlik mənbədən ayrılır. 




 

~ 370 ~ 


 

 Hermetik  Ģəraitdə  maderalaĢma  zamanı  Ģərabın  temperaturu 

tədricən qaldırılır. Belə ki, birinci gün 40-45

0

C, ikinci gün 50-55



0

və nəhayət üçüncü gün 55-65



0

C-yə çatdırılır.MaderalaĢmanın baĢa 

çatdırılması kimyəvi və orqanoleptiki təhlillə müəyyən olunur. 

Müasir dövrdə, fasiləsiz üsulla madera alınmasının aĢağıdakı üç 

üsulu təcrübi əhəmiyyət kəsb edir. 


Yüklə 7,95 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin