Temperatur. Binaların temperaturu Ģərabın saxlanması və
yetiĢməsi zamanı gedən oksidləĢmə-reduksiya reaksiyalarına
böyük təsir göstərir. AĢağı temperaturda (məsələn, 10
0
C-dən aĢağı)
Ģərab gec yetuĢməklə, zərif dad və buket yaranır. Yüksək
temperaturda (məsələn, 16
0
C-dən yüksək) isə əksinə, yetiĢmə
surətlənməklə, Ģərab dad və buketində olan zərifliyi itirir. Bundan
baĢqa, yüksək temperatur,xəstəlik törədici mikroorqamizmlərin
inkiĢafına səbəb olur.
ġərabı yetiĢdirmək üçün daha əlveriĢli temperatur 10-15
0
C
arasındadır. Bu, Ģərabın tipindən asılı olaraq dəyiĢə bilər. Belə ki,
süfrə Ģərabları nisbətən aĢağı temperaturda (məsələn, ağ süfrə 8-
11
0
C) yetiĢdirildiyinə baxmayaraq, tünd və desert Ģərablar bir
qədər yüksək yüksək temperaturda (16-18
0
C) yetiĢdirilir.
Rütubət. ġərab yetiĢdirilən binalar nə çox quru, nə də nəm
olmamalıdır. Quru olduqda spirt itkisi çox olur (əsasən palıd
qablarda), nəm olduqda isə kif göbələkləri çoxalaraq, Ģəraba
yoluxur. Bunlar isə normal Ģərab alınması üçün arzu olunmazdır.
Havanın nisbi rütubəti 85% olduqda, Ģərab yetiĢdirmək üçün
normal hesab olunur.
Havalandırma. ġərab saxlanan binaların havası təmiz, təzə və
sakit olmalıdır. ġərab kənar iyi çox asanlıqla qəbul etdiyindən,
havanın tam təmizliyinə nail olmaq lazımdır. Ġsti olması və
havanın sakit qalması, hətta normal nəmlikdə belə, kif
göbələklərinin sürətlə binanı bürüməsinə səbəb olur. Bu isə
Ģərabda xoĢagəlməz kif iyi və təminin yaranmasına gətirib çıxarır.
Bunun qarĢısını almaq üçün binalar daim havalandırılmalıdır.
Lakin havanın güclü axını da yol verilməzdir. Çünkü, bu zaman
Ģərabda buxarlanma və oksidləĢmə prosesləri surətlənir.
Ona görə də binaların havalandırılması prosesinin normal
getməsinə çalıĢmaq lazımdır. Havalandırmaq üçün təbii və suni
~ 114 ~
havalandırıcılardan istifadə edilir. Binaları suni havalandırmaq
üçün ventilyatorlar geniĢ tətbiq olunur.
ġərab zavodlarında su təchizatı elə təĢkil edilməlidir ki, soyuq
və isti su binanın bütün yerlərinə verilə bilsin. Su, avadanlıqları və
döĢəməni yumaq üçün kifayət etməlidir. Hər bir istehsalat
binasında isti və soyuq su ilə əlləri yumaq üçün yerlər
qoyulmalıdır.
ġərab zavodlarının istehsalat binalarında yuyuntu sularını
axıtmaq üçün iki müxtəlif çirkab sularının axıdılma sistemi
yaradılir ki, bunlar çirklənməmiĢ (qazanxanadan, soyuducu, isidici
qurğulardan və s.) və çirklənmiĢ (tualet, duĢ, avadanlıq və
döĢəmələrin yuyulmasından, mexaniki hissələrdə çirklənmiĢ və s.)
suların axıldılmasına xidmət edir.
Dostları ilə paylaş: |